Accessibility links

OPEC ölkələri neft hasilatı ilə bağlı "tam razılıq" əldə ediblər


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji naziri bazar günü bildirib ki, OPEC və müttəfiq ölkələr neft qiymətlərinin artmasına səbəb olan fikir ayrılığının ardınca “tam razılıq” əldə ediblər.

Suhail əl-Məsruinin jurnalistlərə verdiyi açıqlama razılıq əldə etmək üçün keçirilən onlayn görüşdən sonraya təsadüf edib. O, dərhal detal verməsə də, Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman beş ölkədə hasilat limitlərinin artırılacağını etiraf edib.

O, belə bir razılığa necə gəldiklərinə dair ətraflı məlumat verməkdən imtina edib.

Bu ayın əvvəlində hasilat səviyyəsi ilə bağlı danışıqlar nəticə verməmişdi, xüsusilə də çünki Bİrləşmiş Ərəb Əmirlikləri öz hasilat səviyyəsini artırmaq istəyirdi. Bu da BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında gərginliyə səbəb olmuşdu.

“BƏƏ bu qrupa sadiqdir və hər zaman onunla işləyəcək və qrup daxilində bazar tarazlığına nail olmaq və hər kəsə yardım etməkə üçün əlindən gələni edəcək,” Əl-Məzrui deyib.

Koronavirus pandemiyası zamanı qloba məhdudiyyətlər çərçivəsində təyyarə yanacağı və benzinə olan tələbat azaldığı üçün neft qiymətləri çökdü və hətta bir an mənfiyə düşdü. Lakin vaksinlər dünya boyu bərabər şəkildə paylanmasa da, dünyanın əsas iqtisaiyyatlarında insanlara tətbiq olunmağa başladığı üçün tələbat da artıb.

Bençmark Brent marka xam neftin qiyməti cümə günü 1 bareli 73 dollar idi.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG