Accessibility links

Orban və müxalifət lideri Budapeştdə mitinq keçiriblər


Piter Marki-Zay
Piter Marki-Zay

Macarıstanın Baş naziri Viktor Orban və ortaq müxalifət lideri Piter Marki-Zayın hər ikisi mübahisəli olacağı gözlənilən seçkidən altı ay öncə, oktyabrın 23-də Budapeştdə seçki kampaniyası stilində mitinq keçirib.

Orbanın minlərlə tərəfdarı baş nazirin ölkədə 1956-cı ildə Sovet hakimiyyətinə qarşı baş qaldıran üsyanın anım mərasiminə həsr olunmuş çıxışını dinləmək üçün yürüş keçiriblər.

Təşkilatçılar deyir ki, onlar 400 000-ə yaxın insanın gələcəyini gözləyirdilər.

Bu arada isə Marki-Zayın çıxışını dinləməyə də minlərlə müxalifət tərəfdarı toplaşıb.

49 yaşlı mühafizəkar mer oktyabrın 17-də müxalifətin ilkin seçkisində qalib gələrək, aprel ayında keçiriləcəyi gözlənilən ümummilli seçkidə altı partiyadan ibarət alyansa başçılıq etmək haqqını qazanıb.

Orban və onun millətçi Fidesz partiyası 2010-cu ildən bəri üç seçkidə böyük səs fərqi ilə qalib gəlib. Lakin rəy sorğuları müxalif ittifaqa dəstəyin Fideszə çox yaxın olduğunu göstərir, təhlilçilər də deyir ki, bu, Orban 2006-cı ildə məğlub olandan bəri ölkədə ən az səs fərqi ilə nəticələn səsvermə ola bilər.

XS
SM
MD
LG