Yanvarın 7-də və 8-də Naxçıvanın Ordubad rayonunda iki zəlzələ qeydə alınıb.
Azərbaycan Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə Ordubad rayonunun ərazisində 7 kilometr dərinlikdə yanvarın 7-də 4,2 bal, yanvarın 8-də isə 3 bal gücündə yeraltı təkan olub.
Zəlzələlər hiss edilsə də dağıntı qeydə alınmayıb.