Accessibility links

“Oreqonda yanğın bütün imkanları tükəndirib”


Oreqon qubernatoru Keyt Braun ştatındakı tarixi yanğının “bütün imkanları tükəndirdiyini” bildirib.

Yanğın yüzlərlə evi dağıdıb, btöv icmaları sıradan çıxarıb.

Braun müxbirlərə deyib ki, prezident Donald Tramp ştatda mühüm fəlakət bəyanatı ilə çıxış edib. Oreqonun çətin vəziyyətdə olan yanğınsöndürənləri və digər fövqəladə hallar işçiləri üçün əlavə federal yardıma ehtiyacı ola bilər.

Ştatın fövqəladə hallar idarəsinin direktoru Endrü Fhelps 10 nəfərin öldüyünü təsdiqləyib, 22 nəfərin itkin düşdüyünü bildirib.

Cümə axşamı Oreqonda ildırım və leysan yağışıları proqnozlaşdırılıb. Bunun yanğınların qarşısının alınması və yanğınlar başlayandan bəri ətrafı bürümüş tüstüdən təmizlənməyə yardımı olacağı deyilir.

Oreqonda havanın keyfiyyəti ətraf mühit rəsmiləri tərəfindən "təhlükəli" və ya "olduqca qeyri-sağlam" olaraq xarakterizə edilir.

Milli Hava Xidmətinin məlumatına görə, görmə qabiliyyətinin bəzi yerlərdə yarım kilometrdən çox olmaması sürücüləri təhlükəyə atır.

Bir neçə həftəlik rekord isti və quru küləyin yaydığı alov Oreqon, Vaşinqton və Kaliforniyada bir milyon hektardan çox ərazini məhv edib. Bu ştatlarda 35 nəfər həlak olub.

Tüstü və alovların təsiri San Francisco, Sietl və Portland şəhərlərində havanın çox ciddi şəkildə çirklənməsinə səbəb olub.

Bölgəni bürüyən ağır tüstü buludları milyonlarla sakinin sağlamlığını təhlükə altına alıb.

Ətraf mühit rəsmiləri Sakit okeanın şimal-qərbindəki Oreqon ştatında havanın keyfiyyətini “qorxulu” və ya “sağlamlıq üçün çox təhlükəli” olaraq xarakterizə edib.

On minlərlə insan evlərini tərk etməli olub.

Ştat rəsmiləri ilə yanğınlar barədə müzakirələr üçün Kaliforniyaya səfəri zamanı prezident Tramp iqlim dəyişikliyi ilə bağlı bu kimi yanğınların sayının və intensivliyinin artmasına katalizator olduğuna dair narahatlıqları rədd edərək, qərb ştatlarını daha yaxşı meşə idarəçiliyi tətbiq etməyə çağırıb.

"Ağaclar qırıldıqda qısa müddət ərzində quruyur və həqiqətən bir kibrit çöpü kimi tez alovlanır. Yerə tökülmüş quru yarpaqlar da alov üçün yanacaqdır“ - deyə, Tramp bildirib.

Lakin brifinq zamanı prezidentin sərt tənqidçisi olan demokrat qubernator Qavin Nyusom Kaliforniya ərazilərinin 56% -nin federal mülkiyyət olduğunu və bu səbəbdən federal hökumətin ştatla birlikdə meşə idarəçiliyini yaxşılaşdırmaq üçün böyük məsuliyyət daşıdığını qeyd edib.

Nyusom Trampın iqlim dəyişikliyinə dair mövqeyini tənqid edib.

"Biz çox gözəl hiss edirik ki, istilik istilənir, quruyanlar quruyur. Dünyanın santexnika ilə əlaqəli problemi var və iqlim dəyişikliyinin gerçək olduğunu bildiyimiz bir nöqteyi-nəzərdən çıxış edirik. Xahiş edirəm, iqlim dəyişikliyi məsələsindəki fikir ayrılıqlarına hörmət edin” - deyə, o əlavə edib.

Tramp əvvəlcə Nyusomun fikri ilə razılaşsa da, sonradan iqlimin “soyumağa başlayacağını” proqnozlaşdırdıb.

Co Bayden
Co Bayden

Kaliforniyanın təbii sərvətlər naziri Veyd Krofut tərəfindən iqlim dəyişikliyi mövzusu qaldırıldıqdan sonra Tramp "elmin həqiqətən heç nə bilmədiyini düşünürəm" deyib.

Prezidentlə görüşdən əvvəl ABŞ prezidentliyinə demokrat namizəd Co Bayden Trampı "ətraf mühitin yanğın törədəni" adlandırıb.

Sabiq vitse-prezident deyib ki, Trampın gerçəkləri inkar etməsi iqlim dəyişikliyi qarşısında təslim olmaq deməkdir.

Şərhlərə bax

XS
SM
MD
LG