Accessibility links

Türkiyə-Azərbaycan münasibətləri - Oxucu rəyləri


İyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olub. Bu, Türkiyə prezidentinin seçkilərdən sonra ilk xarici səfəridir. Ərdoğan birinci dəfə də prezident seçiləndə ilk səfərini Azərbaycana etmişdi.

Səfər çərçivəsində Türkiyə prezidentinin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü olub.

Amerikanın Səsinin Facebook səhifəsində oxuculara ünvanlanan sual - Türkiyə-Azərbaycan münasibətləri - müxtəlif cavablar alıb. Həmin cavabların bəzilərini diqqətinizə çatdırırıq.

"Necə olmalıdır ? Bu sualı verənlər deyəsən, babaları, ulu babalarının kimliyini tanımır. Türkün dostu yalnız türk ola bilər!!!!"

“Mən 5 ay Türkiyədə yaşadım. Bir millət-iki dövlət nə olduğunu görmədim. Özbəyin hörməti bizim millətdən çoxdur Türkiyədə. Bizim millətə 5-ci sort millət kimi baxırlar. Bir sözlə, balalarınızı Türkiyəyə işləməyə yollamayın. 1500-2000 türk lirəsi verib, səhərdən axşama kimi qul kimi işlədirlər. Bir millət-iki dövlətin başında bizim neftimiz durur. Var olsun AZƏRBAYCANIMIN nefti, qazı.”

“Türkiyə-Azərbaycan. Bir millət-iki dövlət. Qardaşlığımız əbədidir, sarsılmazdır, Azərbaycan üçün mənəvi dayaqdır.”

“Gülünc 😀 dostluğun ancaq milliyət, türkçülük-mürkçülük, din-dil üçün qurulması kimi lağ-lağa ediləsi başqa bir şey yoxdur.”

“Dunyada qohum xalqlar var. Biz də hər zaman türklərə güvənə bilərik. TÜRKİYƏ bizim strateji müttəfiqimizdir. Qısa, konkret.”

“İki bədəndə bir can, #TÜRKİYƏ-AZƏRBAYCAN..!”

“Putin demişkən, dövlətlərin dostu olmur, daimi maraqları olur.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG