Accessibility links

İslam Kərimov xəstəliyi səbəbi ilə Müstəqillik Günü mərasimlərinə qatıla bilməyib


Özbəkistan prezidenti İslam Kərimov xəstəliyi səbəbi ilə Müstəqillik Günü mərasimlərinə qatıla bilməyib. Beyin qansızmasına görə xəstəxanada olan dövlət başçısının nitqi teviziya ilə yayımlanıb.

Mətndə vətəndaşlar irəliyə doğru inamla addımlamağa, müstəqilliyin onlara bəxş etdiyi azadlıq və firavanlıq yolunda irəliləməyə səslənib.

İslam Kərimov
İslam Kərimov

Kərimovu rəsmi mərasimlərdə baş nazir Şafkat Mirziyayev təmsil edib. Onun prezidentin xələfi olacağı təxmin edilir.

Özbəkistan rəsmiləri Kərimovun vəfatı ilə bağlı daha əvvəl yayılan xəbərləri təkzib edib. Prezidentin qızı atasının vəziyyətinin stabil olduğunu bildirib.

1989-cu ildə Sovet İttifaqının süqutundan sonra Kərimov ölkəni dəmir yumruqla idarə etməyə başlamışdı. O, siyasi opponentləri, fəallar və mediaya qarşı hüquq-mühafizə orqanlarından basqı üçün istifadə etdiyinə görə dəfələrlə tənqilərə məruz qalmışdı.

2005-ci ildə Əndican şəhərində baş qaldıran etiraz aksiyası Kərimovun əmrinə əsasən amansızca dağıdılmışdı. Müstəqil ekspertlər həmin qətliamda 1000-dən çox adamın öldürüldüyünü təxmin edir.

2005-ci ildə Əndican şəhərində baş qaldıran etiraz aksiyası amansızca dağıdılmışdı. Özbək rəsmiləri 187 nəfərin dünyasını dəyişdiyini desə də, insan haqları müdafiəçiləri ölənlərin 1000 nəfərdən artıq olduğunu bildirmişdi.

Human Rights Watch Özbəkistan hökumətinin minlərlə insanı siyasi motivlərlə həbs etdiyini, onların əksəriyyətinin işgəncələrə məruz qaldığını bildirir.

Kərimov ölsə, Özbəkistanın senatının başçısı yeni seçkilər keçirilənədək növbəti üç ay ərzində müvəqqəti lider olmalıdır.

XS
SM
MD
LG