Accessibility links

Pakistanın turşu hücumu qurbanları [Video]


Pakistanın turşu hücumu qurbanları
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Cənubi və Şərqi Asiyanın bir çox ölkəsində olduğu kimi Pakistanda da turşru ilə hücum böyük problemlərdən biridir. Pakistanda demək olar ki, bütün qurbanlar qadınlardır və elə təşkilatlar var ki, onların reabilitasiya olmalarına yardım edir.

“Bunu mənə həyat yoldaşım edib. Mən boşanmışdım. Bir gün uşaqlarımı məktəbə aparanda o, arxadan gəlib üzərimə turşu atdı” deyə, Nurin bildirir.

Bu, onsuz da ağrılar içərisində yaşayan qadınlar üzlərindəki yanığa görə cəmiyyətin onları qəbul etməməsindən qorxur. Turşü hücumuna məruz qalan Marget isə bunları deyir: “Üzüm çox pis vəziyyətdə idi, hətta özüm özümdən qorxurdum. Bəziləri məni ələ salırdı. Bəziləri isə məni görəndə “yəqin günah özündə olub, yəqin nə isə edib” deyirdilər.”

Hücumun qurbanları həyatlarına “Gülümsə" fondunda yenidən başlayır. Anişa da turşu hücumuna məruz qalıb. “Bütün əməliyyatlarım Müsərrat xanımın yardımı ilə olub. İndiyədək 6 əməliyyat keçirmişəm.”

“Gülümsə Fondu” 2003-cü ildə fəaliyyətə başlayandan bəri 800 nəfərə qədər qadına yadım edib. Fondun sədri Müsərrat Misbah deyir ki, qurbanlardan 3 yaşında olanı da var. “Bir az yaxşı görünmək üçün bəzi qızlara heç olmasa 30-40 əməliyyat olunmalıdır. Lakin onlar əvvəl olduğu kimi görünmür.”

Əməliyyatlar başa çatdıqdan sonra isə təşkilat bu qadınlara yenidən yaşamaq yollarını öyrədir.

Digər, “Avrat” adlı təşkilat isə turşu hücumlarının qarşısını almaq yolunda çalışır. Təşkilat turşu satışlarının məhdudlaşdırılmasının qanuniləşdirilməsini istəyir. "Avrat" təşkilatının menejeri Nabila Şahin: “Satıcılar turşu satanda alıcıdan lisenziya, yəni icazə tələb etməlidir. Və bu lisenziya vaxtaşırı təzələnməlidir. Lakin hələ bu həyata keçməyib. Onların 10-15 rupiyə ala bildikləri turşu butılkalarına qadağa qoyulmalıdır.”

Qurbanlar eləcə də turşu hucumu həyata keçirənlərə qarşı cəzanın yüngül olduğunu deyirlər. “Bu cinayəti törədənlər 14 il həbs cəzası alır, 7 il cəza çəkdikdən sonra azadlığa buraxılır və həyatlarına istədiklıəri kimi davam edirlər. Amma biz buradayıq. Biz onların da bizim keçdiyimizdən keçmələrini istəyirik” deyə, Nurin bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG