Accessibility links

Nəvaz Şərif ABŞ-ın pilotsuz təyyarə hücumlarının dayandırması tələbini bir daha təkrar edib


Pakistanın baş naziri Nəvaz Şərif ABŞ-ın Pakistan ərazisində pilotsuz təyyarələrinin hücumlarını dayandırması çağırışını bir daha təkrar edib. Vaşinqtonun Sülh İnstitutunda çıxış edən cənab Şərif ABŞ-Paktsan əlaqələrinin inkişaf etməsini istədiyini, lakin dron hücumlarının qarşılıqlı münaibətləri sarsıtdığını deyib.

Bu arada, Britaniyada yerləşən insan haqları qrupu Amnesty İnternational ABŞ-ı Pakistanda apardığı pilotsuz təyyarə əməliyyatları ətrafında yaranan şübhələrə son qoymağa çağırıb.

Qrupun hesabatında bildirilir ki, ABŞ ciddi şəkildə insan haqları pozuntularına yol verir.
Sənəddə 2012-ci ilin yanvar ayı ilə 2013-cü ilin avqust ayları arasında Pakistanın Şimali Vəziristan vilayətində pilotsuz təyyarələrin 45 raket hücumu həyata keçirdiyi vurğulanıb.

Amnesty İnternational ABŞ və Pakistanı bu əməliyyatlar haqda məlumatları ictimaiyyətlə paylaşmağa çağırıb.

BMT-nin xüsusi məruzəçisi Ben Emmerson Pakistan rəsmilərinə istinadən deyib ki, bu təyyarələr 400-ə yaxın mülki vətandaşın həyatına son qoyub.

ABŞ rəsmiləri ictimaiyyətə dron hücumları haqda məhdud məlumat verir. Onlar mülki əhalinin itkisinə yol verməmək üçün diqqətli planlar qurduğunu, hədəfin Əl-Qaidənin başçıları olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG