Accessibility links

Etirazlara baxmayaraq Pakistan-Əfqanıstan sərhədində hasarın inşası davam etdirilir


Pakistan bildirir ki, Əfqanıstanla 2611 kilometrlik məsaməli sərhədinin təxminən 92 faizi 2018-ci ilin sonunadək hasarlanacaq. Pakistan ümid edir ki, hərbi müdaxilələrlə bağlı ortaq şikayətləri ünvanlamaq üçün böyük birtərəfli təşəbbüslər görüləcək.

Ordu bərpa səylərini bu ilin əvvəlində həyata keçirilməyə başlayıb. Onlar artıq sərhədin “terroristlərin ölkəyə daxil olmasına” ən açıq 150 kilometrlik hissəsində hasar çəkib.

Dərəli-təpəli ərazi və başı qarla örtülü dağlardan ibarət 3 kilometrlik sərhəddə iki 3-metrlik məftildən düzəldilmiş hasarlar yerləşdirilib. Rəsmilər təxmin edir ki, layihə 550 milyon dollara başa gələcək.

"Bizim məqsədimiz hasarın inşasını 2018-ci ilin sonunadək bitirməkdir," deyə general-mayor Asif Qafur Amerikanın Səsinə bildirib. O deyib ki, planda Əfqanıstan sərhədinin 2400 kilometrlik hissəsində hasar tikmək nəzərdə tutulub, çünki qalan hissəsində hasar çəkmək mümkün deyil.

Bundan əlavə əsgərlərin daimi olaraq sərhədi qeyri-qanuni olaraq keçənlərə nəzarət edib, müəyyən etməyə icazə verəcək yüksək texnologiyalı nəzarət sistemləri olan zastavalar quraşdırılıb.

“Orta hesabla hər 1,5-2 kilometrdən bir əsgərlər yerləşdiriləcək,” deyə Qafur bildirib və əlavə edib ki, ordu on minlərlə yeni qoşun cəlb edib.

Əfqanıstan hasar layihəsinə etiraz edir, çünki onlar tarix boyu Britaniyanın 1893-cü ildə təyin etdiyi demarkasiya xəttinə qarşı çıxıb. Kabil çəpərin ayrı düşən ailələr problemini artıracağına israr edir.

İslamabad Əfqanıstanın etirazlarını rədd edir, sərhəddə hasarın inşa olunmasını təkidlə tələb edir və bu layihənin milli təhlükəsizlik və Əfqanıstanda sülh və sabitliyin təmin olunması üçün vacib olduğunu bildirir.

Əfqanlar uzun zamandır Pakistanın təhlükəsizlik institutlarını Taliban qiyamçılarını sığınacaqla təmin etməkdə və terrorçulardan ibarət Haqqani Şəbəkəsini qonşu Hindistanın ölkədəki nüfuzunu artırmasının qarşısını almaq məqsədilə Əfqanıstanda tələfatlı hücumlar həyata keçirməkdə günahlandırıb.

Pakistan rəsmiləri isə, öz növbəsində, deyir ki, dövlət əleyhinə militantlar təhlükəsizlik əməliyyatlarından qaçandan sonra Əfqanıstanın sərhəd bölgəsinə qaçıb və həmin sığınacaqlardan ölkəyə qarşı terror hücumları təşkil edib.

General-mayor Asif Qafur
General-mayor Asif Qafur

Münasibətləri yaxşılaşdırmaq üçün atılan addımlar

Əfqanıstan ilə Pakistan arasında münasibətlər onların bir-birinə qarşı terror ittihamları səbəbilə pisləşib. Qafur deyib ki, ordular arasında koordinasiya Pakistanın ordu rəhbəri oktaybr ayında Kabilə səfər edəndən və prezident Əşrəf Qani ilə detallı danışıqlar aparandan sonra yaxşılaşıb.

“Biz Xarici İşlər Nazirliyi vasitəsilə Əfqanıstana hərtərəfli fəaliyyət planı təqdim etmişik və bu planla bağlı növbəti addım münasibətlərin yaxşılaşmasına gətirib çıxaracaq,” deyə Qafur əlavə edib.

Qafur deyib ki, son üç ildə nəhəng terror əleyhinə əməliyyatlardan sonra Pakistanda heç bir anti-Əfqanıstan sığınacaqları qalmayıb. Lakin o ölkədəki çox sayda əfqan qaçqının təhlükənin tamamilə aradan qaldırılmasına mane olduğundan şikayətlənir.

Ordu sözçüsü deyib ki, Pakistanda baş verən ən son terror hücumları ilə bağlı aparılacaq istintaqın rəsmiləri hücumu həyata keçirənlərin sərhədin Əfqanıstan tərəfində olduğuna dair nəticə çıxarmağa yönəldib. O həmçinin qeyd edib k, Pakistanda həbs olunan intiharcı bomba hücumcularının çoxu əfqanlardır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG