Yüzlərlə müsəlman fəal Pakistanın paytaxtı İslamabad şəhərində kafirlik barədə qanunda islahat planlaşdıran qubernatoru öldürən şəxsin edam qərarına qarşı etiraz aksiyası keçiriblər.
Mumtaz Qadrini 2011-ci ildə Salman Tasiri öldürüb. Salman Tasiri Puncab vilayətinin qubernatoru vəzifəsində olduğu vaxt kafirlik qanununda islahatlar aparmaq istəyib.
Mumtaz Qadrini dəstəkləyənlər qubernatorun kafirlik qanunundan qoruduğu xristian qadının da edam edilməsini tələb edir.
Polis etiraz aksiyasının qarşısını almağa cəhd göstərib.
Etiraz aksiyası bazar günü başlayıb. Həmin gün Lahor şəhərində Pasxa bayramını hədəf alan intiharçı hücumu baş verib. Hadisə zamanı 72 insan həlak olub.