Accessibility links

Pakistanda şiələrin avtobusuna silahlı hücum nəticəsində 43 insan həyatını itirib


Pakistan rəsmiləri bu gün Karaçidə silahlıların avtobusa hücum edərək, azlıq təşkil edən İsmayıllı şiə müsəlman icmasının 43 üzvünü öldürdyünü bildirib.

Rəsmilər motosikletdə olan altı şilahlı şəxsin avtobusu pusquya salaraq sərnişinləri güllələdiklərini deyib.

Şahidlər dediyinə görə, sərnişinlər əvvəlcə silahlıların onları soymaq istədiklərini düşünüb və dərhal əllərində olan mobil telefonlar və pulları onlara təklif ediblər. Lakin hücumçular sərnişinlərə başlarını aşağı salmağı əmr edib və bundan sonra onları avtomat silahlarla güllələyiblər. Ölənlər arasında 16 nəfər qadın da olub.

İslamadda Baş nazir Nəvaz Şərif hücumu qınayaraq, bunun Pakistanın dinv cə günahsız icmasını hədəf alan terror hadisəsi kimi narahatlıq doğurdunu deyib.

Hindistanın Baş naziri Narendra Modi Tvitter səhifəsində yazdığı mesajda Karaçidə hücumun kədər doğurduğunu və qınanıldığını bildirib.

Şahidlər hücumçuların iki uşağa və avtobus sürücüsünə rəhm etdiklərini bildirib.

Pakistandakı mütərəqqi və siyasətdən uzaq olan İsmayıllı icmasının üzvləri əsasən səhiyyə və təhsil sahəsində çalışır.

XS
SM
MD
LG