Accessibility links

Pakistanda intiharçı yarı-hərbi qüvvələrə hücum edib


Pakistan rəsmiləri Kəraçidə yarı-hərbi qüvvələrin yerləşdiyi binanın girişində törədilmiş intiharçı hücumunun üç nəfərin ölümünə, təxminən 18 nəfərin yaralanmasına səbəb olduğunu deyib.

Rancer kimi tanınan yarı-hərbi qüvvələrin sözcüsü intiharçının maşını binanın darvazasına çırpdığını, lakin binanın içərisinə daxil olmağa müvəffəq ola bilmədiyini deyib. Binaya ciddi zədə dəydiyi deyilir.

Pakistanın Kəraçi şəhərində siyasi, etnik və təriqətlərarası gərginliklər ucbatından zorakılıqların artdığı müşahidə edilir.
XS
SM
MD
LG