Accessibility links

Pakistanın sabiq baş naziri Navaz Şərif nüfuzunu bərpa etməyə çalışır


Pakistanın sabiq baş naziri Navaz Şərif, bu yaxınlarda Ali Məhkəmin qərarı ilə vəzifəsindən uzaqlaşdırılmasına baxmayaraq, öz siyasi nüfuzunun bərbasına cəhd edir.

Şərif çərşənbə günü iqtidarda olan Pakistan Müsəlman Liqası partiyası fəalları qarşısında çıxış edib. Bu, onun dogma şəhəri, Pakistanın şərqində yerləşən Lahorda başlatdığı iki günlük tədbirlərin bir hissəsi idi.

Şərif çıxışında bu sözləri deyib: “Mən pakistanlıların problemlərini həll edəcək yol xəritəsi uğrunda mübarizə aparacam. Bura özümün və ya hakimiyyətimin bərpası üçün gəlməmişəm. Gəlin birləşərək, ölkənin gələcəyi istiqamətində birlikdə irəliləyək.”

Şərif deyib ki, ona qarşı qəbul edilən məhkəmə qərarı insanların ona verdiyi səlahiyyətlər mandatına qarşı pozuntudur. Bu, Şərifin məhkəmə qərarına qarşı ictimai şəkildə ifadə etdiyi ilk tənqid idi.

Tənqidçilər onun siyasi taktikasını sual edirək, “hüququn aliliyi” prinsipinə qarşı olmaq və Ali Məhkəməni hədəfə almağın yanlış addım olduğunu söyləyirlər.

XS
SM
MD
LG