Accessibility links

Pərviz Müşərrəf yenidən siyasətə qayıtmağı planlaşdırır


Hazırda Londonda yaşayan cənab Müşərrəf BBC şirkətinə müsahibə zamanı deyib ki, o, xalqında ümid hissini bərpa etmək üçün öz həyatını riskə qoymağa hazırdır

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf siyasətə qayıtmağı planlaşdırdığını bildirib. Cümə günü BBC şirkətinə müsahibə verən cənab Müşərrəf deyib ki, o, xalqında ümid hissini bərpa etmək üçün öz həyatını riskə qoymağa hazırdır. Londonda yaşayan cənab Müşərrəf Pakistanın hazırkı hökumətini tənqid edərək, hökuməti ölkəni tamamilə qaranlığa sürükləyəcək süni bir demokratiya yoluna qoymaqda ittiham edib. Cənab Müşərrəf deyib ki, o, Pakistana qayıdıb, 2013-cü ildə seçkilərə qədər yeni siyasi partiya yaradacaq. O öz prezidentliyini müdafiə edib və ona qarşı irəli sürülmüş ittihamlara cavab verməyə söz verib. Keçmiş ordu generalı olan Pərviz Müşərrəf 2008-ci ildə siyasi partiyaların onu konstitusiyanı pozduğuna görə impiç etmək üçün addım atmasından sonra hakimiyyətdən getmişdir.

XS
SM
MD
LG