Accessibility links

Pakistan hökumətinin Təhrik-i-Taliban Pakistan qruplaşması ilə danışıqlar apardığı deyilir


Danışıqların əhəmiyyətinin bir o qədər də olamayacağını düşünən və adlarının açıqlanmasını istəməyən rəsmilərin sözlərinə görə, Pakistan illərdir hökumətə qarşı davam edən zorakılıqları dayandırmaq üçün Təhrik-i-Taliban Pakistan (TTP) kimi tanınan qanunsuz silahlı birliklə sülh danışıqları aparır.

İslamabadın bir çox rəsmisi də cümə günü Əfqanıstanda danışıqların davam etdiyini və qonşu ölkənin yeni Taliban hökumətinin bu prosesə yardım etdiyini təsdiqləyib.

"Bu davam edir. Hələlik konkret heç nə yoxdur" - deyə, adının açıqlanmasını istəməyən mənbələrdən biri Amerikanın Səsinə bildirib.

Başqa bir mənbə isə bildirib ki, bu proses Təhrik-i-Taliban Pakistanın “dövlətə qarşı ağır cinayətlərdə əli olmayan döyüşçülərini” Pakistanın konstitusiya və hüququ çərçivəsinə qaytarmaq məqsədi daşıyır.

Mənbələr militantlar üçün təklif edilən amnistiyanın ölkə konstitusiyasına uyğun olaraq nəzərdən keçirildiyini də əlavə edib.

Pakistanın Milli Təhlükəsizlik üzrə müşaviri Moid Yusuf
Pakistanın Milli Təhlükəsizlik üzrə müşaviri Moid Yusuf

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunda keçirilən virtual tədbirdə çıxış edən Pakistanın Milli Təhlükəsizlik üzrə müşaviri Moid Yusuf cümə axşamı danışıqları müdafiə edərək, Pakistan hökumətinin əvvəllər də belə təşəbbüslərlə çıxış etdiyini deyib.

"Bütün dövlətlər danışıqlar aparmalıdır və vətəndaşlarımızı normal hüquqi strukturlara, sərhədlərə və konstitusiyaya qaytarmağın yolları varsa, biz bunu etməliyik" - deyə, Yusuf bildirib.

Lakin müşavir Təhrik-i-Taliban Pakistanla sülh danışıqları ətrafında medianın şişirtmələrində də toxunub və "düşünürəm ki, bu, normadan çox şişirdilib. Belə bir meqa-danışıq layihəsi yoxdur" deyib.

Yusuf "Əfqanıstanda dəyişikliklər baş verdi və biz daha yaxşı hisslərin qalib gəlib-gəlməyəcəyini görmək istəyirik" deyib. O, Təhrik-i-Taliban Pakistanın "Pakistanın konstitusiyasının olduğunu, qanuni strukturun mövcud olduğunu anlayacağına ümid etdiyini" bildirib.

XS
SM
MD
LG