Rəsmilər Pakistanın şimal-qərbində baş nazir Nəvaz Şərifin müşavirinin hədəf alındığı bomba hücumu nəticəsində onun mühafizəsində olan beş nəfərin öldüyünü bildiriblər.
Pakistan rəsmilərinin bildirdiyinə görə, bomba Əmir Muğamın müşayiət edən maşın karvanı Svat vadisindən keçən zaman partlayıb. Onun özü hücum nəticəsində xəsarət almayıb.
Baş nazirin müşaviri Fransa xəbər agentliyinə bildirib ki, bu, ona qarşı altıncı hücumdur. Əmir Muğam hücumun onu siyasi fəaliyyətdən uzaqlaşdıra bilməyəcəyini əlavə edib.
Hücuma görö məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.
Pakistanda Taliban, başqa yaraqlı qruplar və Əl-Qaidə ilə əlaqəsi olan şəbəkələrin ölkənin Əfqanıtanla sərhəd şimal-qərb bölgələrində istinadgahları var.