Accessibility links

Pakistanda 9 yaraqlı öldürülüb


Pakistan təhlükəsizlik rəsmiləri deyir ki, bu gün ABŞ-ın pilotsuz təyyarə hücumu və Pakistanın ordusunun ölkənin şimalında fərdi reydi nəticəsində 9 yaraqlı öldürülüb.

Dünən gecə pilotsuz təyyarədən atılan raket nəticəsində Şimali Vəziristanın Mir Əli kəndində motosikletdə olan iki kişi ölüb. Onların kimliyi müəyyən edilməsə də, bzəi yerli rəsmilər deyir ki, həmin şəxslər Türkmənistandan olub.

Hücum nəticəsində ətrafdakı bəzi binalara da zərər dəysə də, dağıntı barədə məlumat yoxdur.

Pakistanın q rıcı təyyarəsinin təşkil etdiyi ayrı hücumda isə yaraqlıların Əfqanıstanla sərhəddəki sığınacaqları hədəf alınıb. Rəsmilər deyir ki, hücum nəticəsində 7 yaraqlı öldürülüb və çoxsaylı insan isə yaralanıb. Hücum Xeybər-Paxtunkva vilayətinin Kohat regionundakı istehkamda baş verib.
XS
SM
MD
LG