Yağışlar nəticəsində altüst olmuş Pakistana ağır yağışlar iki həftə sürən seldən sağ qalanları xilas etmək üçün çalışan xilas dəstlərinin qarşısında daha bir maneə təşkil edir. Pakistan rəsmiləri bildirib ki, azı 13 milion insan daşqından təsir görüb. Şimal-qərbi su altında qoyan və indi də cənuba doğru axan daşqın minlərlə insanı evlərini ataraq qaçmağa vadar edir. Fəlakət indiyə qədər 1600-dən çox insanı həlak edib. Lakin rəsmilər rəqəmin artacağını bildiriblər. Sel suyu evləri, yolları və körpüləri yuyub aparıb, məhsulları dağıdıb və bütün ictimayyətlə əlaqəni kəsib. Qaçqınlar üzrə Ali Komisarlığın sözcüsü bildirib ki, onun ərazidəki işçiləri ərzağın, tibbi ləvazimatın və təmiz suyun çatışmamazlığı barədə məlumat verirlər. Dünya Səhiyyə Təşkilatı təmiz su mənbəyinə çıxışın olmaması pakistanlıların sudan yaranmış mədə pozğunluğu ilə vəba xəstəliklərinə tutla bilmələri üçün böyük risk olduğunu xəbərdarlıq edib.
Şimal-qərbi su altında qoyan və indi də cənuba doğru axan daşqın minlərlə insanı evlərini ataraq qaçmağa vadar edir