Accessibility links

Pakistanda oturaq nümayişlər davam edir


Pakistanda nümayişçilərin həftələrdir etirazına baxmayaraq istefa verməyi rədd edən baş nazir Nəvaz Şərifi dəstəkləmək məqsədilə yürüş təşkil etdilməsi üçün parlament növbədənkənar sessiya keçirib.

Açılış çıxışında daxili işlər naziri Çaudri Nisar Əli Xan nümayişçiləri tənqid edərək etiraz aksiyalarını Pakistana qarşı terrorçular və saxta inqilabçılar tərəfindən idarə edilən üsyan adlandırıb.

İki həftədən çoxdur minlərlə nümayişçi müxalifət lideri İmran Xan və populist dindan Tahir-ul-Qadri İslamabadın mərkəzi hissəsindəki çadırda gecələyib.

Onlar keçən il hakimiyyətə gələn baş naziri seçki saxtakarlığında və korrupsiyada ittiham edərək onun istefasını tələb edir.

Ötən həftəsonunadək əsasən dinc keçən nümayişlər son günlər zorakılığa səhnə olub və nəticədə 3 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

XS
SM
MD
LG