Accessibility links

Pakistanın 3 cənub şəhərindən 400000 insan evakuasiya edilib


Pakistan rəsmiləri daşqın təhlükəsi altında olan 3 cənub şəhərindən 400000 insanın evakuasiya edildiyini bildirir. Ölkənin cənub regionlarının gələn bir neçə gün ərzində sellərə məruz qalacağı barədə xəbərdarlıq verilib.

Pakistan rəsmiləri daşqın təhlükəsi altında olan 3 cənub şəhərindən 400000 insanın evakuasiya edildiyini bildirir. Ölkənin cənub regionlarının gələn bir neçə gün ərzində sellərə məruz qalacağı barədə xəbərdarlıq verilib. Heydərabad şəhərində İndus çayının səviyyəsinin yüksələcəyi proqnozlaşdırılır.Thatta bölgəsində sədlər qurulur, on minlərlə insan evakuasiya edilir. Pakistanın Puncab, Sindh və digər vilayətlərində sellər kəndləri yuyub aparıb, əkin sahələri və infrastrukturu sıradan çıxarıb. 1600 adam fəlakətin qurbanı olub. 20 milyon insan sellərin təsirinə məruz qalıb.

XS
SM
MD
LG