Accessibility links

Papa Fransis uşaqlara qarşı cinsi istismarı insanların qurban verilməsinə bənzədib


Papa Fransisin rahiblərin uşaqlara qarşı cinsi istismarını pisləməsi qurbanların bəziləri üçün yetərli olmayıb.

Roma papası bazar günü Vatikanda keçirilən konfransda pedofiliyanı insanları qurban etməyə bənzədib və günahkar rahibləri “Şeytanın alətləri” adlandırıb. O,cinsi istismara qarşı “mübarizə” aparacağına da söz verib.

“Mən ürəkdən bütün rəsmilər və şəxslər adından uşaqlara qarşı cinsi və digər tipli istismarla qarşı mübarizəyə çağırıram, çünki biz Yer üzündən silinməli olan əxlaqsız cinayətlərlə üzləşirik", papa Fransis söyləyib.

Lakin dəhşət, istismar və vəhşət hekayələrini danışan qurbanlar deyib ki, Fransisin çıxışı onları məyus edib. Onlar papadan gözlədikləri mesajı almayıblar, çünki onun bu cinayətə qarşı qəti və konkret planlar açıqlamasını gözləyiblər.

“Bu, kifayət deyil. Biz buraya bütün dünyadan gəlmişik və bu vəziyyətlə razılaşmırıq. Dörd gün bir kağız parçası, mənasız cavablar, boş şeylər hazırlanmağa gedib ki, bunları yazmaq 15 dəqiqə vaxt alardı. Bu, bizim inanmaq istədiyimiz kilsədir?” - deyə, cinsi istismar qurbanı Alessandrom Battaqlia gileylənib.

İtaliyalı qurbanlar qrupunun başçısı Fransesko Zanarti günahkar rahibləri qoruyan kilsə liderlərinin məsuliyyətə cəlb olunmasını istəyir.

Vatikan rəsmiləri deyir ki, Fransis uşaqların qorunması ilə bağlı qanuni kilsə sənədini təqdim edəcək və o, yerli kilsələrin məsələ ilə maraqlanacaq işçi qüvvəsi yaratmalarını istəyir.

XS
SM
MD
LG