Accessibility links

Parisdə etiraz - "Notr Dama dam lazımdırsa, bizə də dam lazımdır"


Fransanın paytaxtında ictimai evlərlə təminatın müdafiəçiləri Notr Dam Paris kilsəsi önündə aksiya keçirib. Onlar kilsəinin yanğından sonra təmirinə toplanan 1 milyard dollarlıq ianəyə etiraz edib.

Fransanın evsizlər təşkilatının 50-yə yaxın üzvü "24 saatda 1 milyard" sözləri yazılmış plakatlar qaldırıb. Aksiya iştirakçıları "Notr Dama dam lazımdırsa, bizə də dam lazımdır" kimi şüarlar səsləndirib.

Polis dinc nümayişi izləsə də, müdaxilə etməyib.

Fransanın daha bil milyarderi Fransua Pino və onun oğlu kilsənin bərpası işlərinə 100 milyon avro ianə edib. Onların Gucci-nin əsəs səhmdarı olan şirkəti Kristi hərracına sahibdir.

L’Oreal kosmetika şirkəti Bettencourt Meyer ailəsi və Bettencourt Schueller fondu ilə birlikdə 200 milyon avro, Total neft şirkəti 100 milyon avro ianə edib.

Paris Yanğınsöndürmə Briqadasının bildirdiyinə görə, 400 yanğınsöndürənin 9 saatdan çox mübarizə aparmasından sonra Paris Notr-Dam kilsəsindəki yanğın söndürülüb. Çərşənbə axşamı açıqlanan məlumatda kilsənin təməlinin və əsas sənət əsərlərinin xilas edildiyi bildirilib.

XII əsrdə inşa edilmiş kilsənin iki ikonik qülləsi və daşd təməli qorunub saxlanıb, lakin onun tavanı və bürcü yanaraq yerə çöküb.

Prezident Emmanuel Makron Notr Damın beş il ərzində 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarınadək bərpa olunmasını istədiyini deyib.

Bərpa işləri üzrə mütəxəssislər bunu sual edib, bəziləri də 850 illik bu membarlıq xəzinəsinin bərpasının bundan üç dəfə daha uzun sürə biləcəyini deyir.

XS
SM
MD
LG