Accessibility links

Pakistanın sabiq diktaroru parlament seçkilərinə qatılır


Pakistanın sabiq hərbi diktatoru Pərviz Müşərrəfin paytiyası şənbə günü elan edib ki, o, 25 iyun tarixində keçiriləcək parlament seçkilərdə iştirak edəcək.

Bu qərar ölkənin Ali Məhkəməsinin Müşərrəfin Dubaydan qayıtmasına şərti icazə verdiyindən sonraya təsadüf edir. Sabiq diktator həmin şəhərdə həbsdən yayınmaq üçün yaşayır. Müşərrəfin partiyası bildirib ki, o, ölkənin şimalında yerləşən Çitral şəhərindən millət vəkili olmaq üçün seçkilərə qoşulacaq.

Şənbə günü tanınmış müxalifət lideri İmran Xanın da parlament seçkilərində iştirak edəcəyi elan edilib. Xan ölkənin növbəti baş naziri olmaq niyyətindədir.

Xanın partiyasıın sabiq baş nazir Navaz Şərifin dəstəklədiyi namizədlər tərəfindən güclü rəqabətlə üzləşəcəyi gözlənilir. Şərifin özü isə keçən il Ali Məhkəmin korrupsiya ittihamları ilə bağlı qərarından sonra heç bir vəzifə sahibi ola bilməz.

Sabiq prezident Asif Ali Zərdarinin partiyasının da ölkənin müxtəlif yerlərindən namizədləri var və parlament seçkiləri nəticəsində çoxluq əldə etməyə ümid edir. Zərdari ölkənin cənubunda yerləşən Sindh vilayətindən millət vəkili olmaq üçün seçkilərə qatılır.

25 iyun tarixində keçiriləcək seçkilər Milli Assambleya və dörd vilayət qanunverici orqanının millət vəkillərini müəyyən edəcək. Bu seçkilər müvəqqəti hökümətə rəhbərlik edən baş nazir Nəsir-Ul-Mülkün nəzarəti altında keçirilir. O, Ali Məhkəmənin sabiq baş hakimidir.

Parlamentdə çoxluq əldə edən partiya növbəti baş naziri təyin edəcək.

Pakistanlıların əksər siyasi partiyaları Müşərrəfin həbs olunmasını istəyir. Qayıdacağı günü hələ də təsdiq edilməsə də, məhkəmə onun 13 iyun tarixinə qədər qayıtmasını istəyir. Bu halda Müşərrəf özünə qarşı olan bir neçə cinayət işindən yayına bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG