Accessibility links

Pakistan hərbi qüvvələri sərhəd bölgəsini İŞİD-dən təmizləyir


Pakistan ordusunun sözçüsü general-mayor Asif Qafur iyulun 16-ı mətbuat konfransı zamanı

Pakistan hərbi qüvvələri İslam Dövləti qrupunun militantlarının məskunlaşdığı sərhəd bölgəsini İŞİD-dən təmizləmək məqsədilə quruda genişmiqyaslı əməliyyata başlayıb. Bu haqda Pakistan ordusunun sözçüsü məlumat verib. İŞİD militantları bu bölgədən qonşu Əfqanıstandakı bazalarından Pakistana terrorizmin eksportu məqsədilə istifadə edir.

Ordu sözçüsü general-mayor Asif Qafur müxbirlərə bildirib ki, “Xayber-4” adlı əməliyyatın əsas məqsədi militantları Rajgal vadisindəki 250 kvadrat kilometrlik ərazidəki sığınacaqlarında məhv etməkdən ibarətdir. O bildirib ki, Camaətül Əhrar və Ləşker-e-Chanqvi kimi İŞİD tərəfdarı qruplar, eləcə də Pakistanda Taliban qrupunun militantları məhz bu bölgədə məskunlaşıb.

“DAEŞ-in (İŞİD-in ərəbcə adı-red.) Rajgalda Əfqanıstan sərhədi ilə bölgədə mövcudluğu artır. Bu da DAEŞ-in Pakistana Rajgal vadisində nüfuzunun azaldılması üçün əməliyyatın keçirilməsini vacib edir”, general-mayor Asif Qafur bildirib.

Pakistan-Əfqanıstan sərhədi
Pakistan-Əfqanıstan sərhədi

Ordu sözçüsü ərazidə Pakistan ordusunun qarşılaşa biləcəyi riskləri qeyd edib. O deyib ki, vadidə səkkiz aşırım var və burada dağların hündürlüyü 4 min 200 metrə çatır.

DAEŞ-in Rajgalda Əfqanıstan sərhədi ilə bölgədə mövcudluğu artır. Bu da DAEŞ-in Pakistana Rajgal vadisində nüfuzunun azaldılması üçün əməliyyatın keçirilməsini vacib edir.
General-mayor Asif Qafur

Əməliyyatda Pakistan ordusunun minlərlə əsgəri iştirak edir. General-mayor Asif Qafur Pakistanın hərbi hava qüvvələrinin də əməliyyatda iştirak etdiyini bildirib. O deyib ki, bu yaxınlarda Pakistanın sərhəd bölgələrində ölümlə nəticələnmiş bomba hücumları ilə bağlı təhqiqat aparan müstənqtiqlər izlərin İŞİD-in Əfqanıstandakı bazalarına aparıb çıxardığını qeyd edib.

Ordu sözçüsü bildirib ki, Pakistan hərbi qüvvələri Əfqanıstandakı həmkarlarını, eləcə də NATO-nun başçılıq etdiyi “Qəti dəstək” missiyasını onlar tərəfdə sərhədi möhkəmlədib, gələcək terrorçuların Əfqanıstandan Pakistana keçməsinin qarşısını almaq məqsədilə əvvəlcədən əməliyyatla bağlı məlumatlandırıb.

Əfqanıstanın Nangarhar vilayəti
Əfqanıstanın Nangarhar vilayəti

Əfqanıstanın şərqində Nangarhar vilayəti Rajgal vadisi ilə sərhəddə yerləşir.

ABŞ hərbi qüvvələri tərəfdaş Əfqanıstan hərbi qüvvələri ilə Nangarharda və qonşu Kunar vilayətində İŞİD-in bazalarına havadan zərbələr endirib.

ABŞ-ın Kunar vilayətində keçən həftə hava hücumu nəticəsində İŞİD-in Əfqanıstanda başçısı Əbu Sayed qətlə yetirilib. O, ABŞ hərbi qüvvələrinin terrorçu qrupun keçən il məhv etdiyi üçüncü başçısıdır.

XS
SM
MD
LG