Accessibility links

Barak Obama: Bu müqəddəs günlər xristianların Allahın və bizim biri-birimiz qarşısındakı məsuliyyəti xatırladır


ABŞ prezidenti həftəlik müraciətini Pasxa bayramına həsr edib. Barak Obama deyib ki,bu müqəddəs günlər xristianların Allah qarşısındakı məsuliyyəti, bizim biri-birimiz qarşısındakı məsuliyyətimizi xatırladır.

ABŞ dövlət başçısı Pasxanın insanları dərindən sevən, bircə oğlunu bizə bəxş edən Allahın lütfününü unudulmamasını yada saldığını deyib.

Obama bu günlər təkcə xristianlar və ya yəhudilərin deyil, müsəlmanlar, hindular, sinxlərin, bütün bəşəriyyətin üzləşdiyi təhlükələrin insanları birləşdirdiyini deyib. “Biz özümüzü sevdiyimiz kimi qonşularımızı da sevməliyik”-deyə ABŞ prezidenti bildirib.

Respublikaçıların müraciətini edən senator Lamar Aleksander isə deyib ki, bizim partiyamız amerikalıların imkanlarını artırmağa çalışır. O deyib ki, respublikaçılar hökumətin azadlıq və imkan platforması olduğuna inanır. Lakin respublikaçı senator demokratların amerikalıların nə etməli olduğuna qərar vermək iddiasında olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG