Accessibility links

NBA ulduzu Dennis Rodman Şimali Koreya səfərinin siyasi motivli olmadiğını deyib


Sabiq ABŞ basketbol ulduzu Dennis Rodman və təqaüddə olan NBA oyunçuları Şimal Koreya səfərindən sonra Pekinə geri dönüblər. Oyunçular keçən həftə çərşənbə günü ölkənin lideri Kim Conq Unun ad günü şərəfinə oyun nümayiş etdiriblər.

Rodman Pekin hava limanında jurnalistlərə müsahibəsində bildirib ki, amerikalı məhbus Kenneth Bai-in azad edilməsi üçün heç bir köməklik göstərə bilməyib. Kenneth Bai hakimiyyəti devirmək cəhdinə görə həbs edilərək 15 il məcburi əmək düşərgəsinə göndərilib.

Rodman və onun komandasının yoxsul və dünyadan təcrid olunmuş ölkəyə səfəri ABŞ-da geniş tənqid olunub. O, Şimali Koreya ilə qapıları açmaq üçün səy göstərdiyini deyərək səfərini müdafiə edib.

Sabiq NBA ulduzu Şimali Koreya liderini “yaxşı insan və ömürlük dost” adlandıraraq onun işinin siyasəti müzakirə etmək olmadığını deyib.

ABŞ Dövlət Depatamenti və Ağ Ev rəsmiləri Rodmanın səfərinin qadağan olunmadığını və bu səfərin heç bir məsələyə köməyinin olmayacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG