Accessibility links

Mayk Pens: Tramp Rusiya ilə əməkdaşlığa inanır


Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens ABŞ-ın Rusiyanı məsuliyyətə çağırmağa davam etdiyni, lakin prezident Donald Trampın bu ölkə ilə ortaq məxrəc tapmaq yollarını axtardığını deyib.

Cənab Pens bu bətyanatla bu gün Brüsseldə, Avropa Birliyi Şurasının prezidenti Donald Taskla birlikdə olarkən çıxış edib.

"Rusiyanın beynəlxalq sərhədləri güc işlətməklə bağlamağa çalışmasına baxmayaraq, biz Polşa və Baltikyanı ölkələrdə NATO-nun mövcudluğunu dəstəkləyəcəyik. Ukraynaya gəldikdə isə Birləşmiş Ştatlar Rusiyanı Minsk razılığına əməl etməyə və Ukraynanın şərqində zorakılıqlara son qoymağa çağırmaqda davam edəcək" deyə, cənab Pens bildirib.

Biz Polşada və Baltikyanı ölkələrdə NATO-nun mövcudluğunu dəstəkləyəcəyik.

Rusiya ilə daha sıx əlaqələrlə bağlı detallara varmayan cənab Pens yalnız prezident Trampın bu ölkə ilə daha yaxın əlaqələr üçün yollarının olduğuna inandığını deyib. Pens eləcə də, azad və ədalətli iqtisadiyyata nail olmaq üçün iki ölkə arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Task isə çıxışında bu görüşün həqiqətən lazımlı olduğunu və Pensin dediklərindən Tramp administrasiyasının mövqeyini anladığını, habelə gələcəyə ümid verdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG