Accessibility links

Mayk Pens: Tramp Şimali Koreyaya qarşı hərbi gücdən istifadə edə bilər


ABŞ-ın vitse-prezidenti Amerikanın Suriya və Əfqanıstandakı hücumlarına istinadən bildirib ki, Şimali Koreyanın nüvə təhlükəsinin qarşısını almaq üçün prezident Donald Tramp hərbi gücdən istifadə edə bilər.

Şimali Koreya prezidentin qərarlarını sınağa çəkməmək üçün yaxşı davranmalıdır

Ciddi xəbərdarlıqla çıxış edən Mayk Pens deyib ki, iki həftə öıcə dünya prezidentimizin Suriya və Əfqanıstandakı əməllərinin şahidi oldu.

“Şimali Koreya prezidentin qərarlarını sınağa çəkməmək üçün yaxşı davranmalıdır” , Pens bildirib.

Xanımı və iki qızı ilə Cənubi Koreyaya səfər edən vitse-prezident dünən Seulun Milli Qəbiristanlığında əklil qoyduqdan sonra ABŞ və Cənubi Koreya birgə qüvvələrinin Pasxa bayramı münasibəti ilə kilsə mərasiminə qatılıb.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreya da daxil olmaqla, Asiya-Sakit okeanı hövzəsi ölkələrinə səfərdədir. Onun səfəri Koreya yarımadası ətrafında gərginliyin mövcud olduğu vaxta təsadüf edir.

Pens 10 gün sürəcək səfəri zamanı Yaponiya, İndoneziya, Avstraliya və Havay adalarında olacaq.

Asiya-Sakit okeanı hövzəsi ölkələrinə ilk rəsmi səfəri zamanı Mayk Pens ticarət, iqtisadi və təhlükəsizlik məsələləri, o cümlədən, Şimali Koreyanın təhrikedici hərbi fəaliyyətlərini müzakirə edir.

XS
SM
MD
LG