Pentaqon İraqda Amerika qoşunlarının sayını artırması ilə bağlı təklifi üzərində işləyir. Təklif tezliklə ABŞ prezidenti Barak Obamaya təqdim olunacaq.
ABŞ Silahlı Qüvvələri Baş Qərargahlar rəisi general Cozef Danford deyib ki, gələn həftə prezidentlə İraqdakı təhlükəsizlik qüvvələrinə yardımla bağlı məsələləri müzakirə edəcəklər. İraqdakı ABŞ qüvvələrinin artırılacağına ümid edən general hələ bu barədə qərar verilmədiyini də deyir.
Nazir və mən inanırıq ki, qarşıdan gələn həftələrdə İraqda ABŞ qüvvələrinin sayı artırılacaq, ancaq həmin qərar hələlik verilməyib.Cozef Danford, ABŞ Silahlı Qüvvələri Baş Qərargahlar rəisi
Pentaqon müzakirələrin davam etdiyini, xüsusi əməliyyatlar keçirilməsi üçün İraqa əlavə qüvvə göndərib, göndərilməməsini yoxsa müharibə bölgəsindəki hərbi hissələrə amerikalı hərbi mütəxəssisləri yollasınlar.
C. Danford deyib ki, təkliflər arasında İraqa Mosulu geri almaqda kömək etmək üçün təkliflər var.
ABŞ hərbi rəsmiləri bu həftə açıqlayıblar ki, İraqda «Fire Base Bell» adlandırılan bazada 200 hərbi dənizçi və artilleriya yerləşdirib. Artilleriya İraq qoşunlarına dəstək verir.
Rəsmi məlumatlara görə, İraqda 3 min 870 ABŞ hərbçisi var. Yerli media bu rəqəmin 5 min olduğunu deyir. Danford bu məlumatı təkzib etməyib.
Müdafiə Naziri Eş Karter bu həftə İŞİD-in bir neçə yüksək rütbəli rəhbərinin öldürüldüyünü açıqlayıb.
ABŞ-ın Suriyada həyata keçirdiyi reyd nəticəsində İŞİD-in maliyyə naziri kimi tanınan Əbdül Rəhman Mustafa Məhəmməd və onun iki tərəfdaşı öldürülüb.
Ayrı xəbərdə ABŞ rəsmiləri Mosulda endirilən hava zərbələri nəticəsində isə başqa İŞİD lideri öldürüdüyünü bildirir. Karter insidentin detallarına varmayıb.
Uğurlu əməliyyatlar İraq və Suriyada ərazi itirən ekstremist qrupun rəhbərliyini hədəf alan hücumların tərkib hissəsidir.