Accessibility links

Pentaqon Talibanın Əfqanıstan ərazilərinin yarısının nəzarətini ələ keçirdiyini etiraf edir


"Taliban qruplaşmasının Əfqanıstandakı əraziləri sürətlə öz idarəçiliyinə keçirməsini göstərən təxminlər illüziya deyil" - deyə, ABŞ-ın ən yüksək rütbəli hərbi məmuru bildirib.

Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli etiraf edib ki, qarşıdan gələn aylar Əfqanıstan hökuməti üçün "iradə və liderlik sınağı" olacaq.

General Milli çərşənbə günü bildirib ki, Əfqanıstanın təxminən 212 rayon mərkəzi Talibanın əlindədir. Bu isə ölkədəki bölgələrin yarısı deməkdir. Digər tərəfdən Taliban hazırda 34 əyalətin 17-də mərkəzə doğru irəliləməkdədir.

"Strateji üstünlüyün bir növ Talibanın əlinə keçdiyi görünür" - deyə, Milli bildirib.

O həmçinin əlavə edib ki, "Onların əsas etmək istədiyi şey əsas yaşayış mərkəzlərini təcrid etməkdir. Eyni şeyi Kabil üçün də etməyə çalışırlar. Və təxminən desək ... əhəmiyyətli bir ərazini ələ keçiriblər".

ABŞ və müttəfiq ölkələr Əfqanıstanda qalan qorşunlarını tamamilə çıxarmağa başlamasından sonra Talibanın irəlilədiyini etiraf etməyə başlayıb. Baxmayaraq ki, Prezident Co Bayden də daxil olmaqla, ABŞ-ın ən yüksək səviyyəli rəsmiləri Talibanın əraziləri ələ keçirməsinin "ehtimalının çox az" olduğuna dair zəmanət verirdi.

Lakin bundan əvvəl Vaşinqtonda Demokratiyanı Müdafiə Fondunun "Uzunmüddətli Müharibə" jurnalı kimi müstəqil izləyicilər məsələ ilə bağlı narahatlığını ifadə edirdi. Onlar 1 may tarixindən başlayaraq rəsmi olaraq qoşunların çəkilməsinin başlanmasından sonra Talibanın ələ keçirdiyi ərazilərin üç qat artığını xəbər verirdi.

Digər tərəfdən bir sıra kəşfiyyat orqanları da həyəcan təbili çalaraq Birləşmiş Millətlər Təşkilatına keçən ay verdiyi bir hesabatda Talibanın danışıqlar yolu ilə əldə edə bilmədiklərini zorla almağa hazırlaşdıqları barədə xəbərdarlıq edirdilər.

Təkcə Milli iyun ayında ABŞ Konqresində ifadə verdiyi zaman Taliban 81 bölgəyə nəzarəti ələ keçirmişdi. Bu da son ayda bölgələrə nəzarətin iki dəfədən çox artması deməkdir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG