Accessibility links

Pfizer və Moderna vaksin istehsalını artırmağı vəd edir


Pfizer və Moderna vaksin istehsalını artırmağı vəd edirlər
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Əczaçılıq şirkətinin rəsmiləri deyir ki, onlar Birləşmiş Ştatlarda COVID-19 vaksinlərinin istehsalını sürətləndirirlər. Artıq daha çox fabrikdə vaksin istehsal olunduğu üçün, onlar iyulun sonunadək bütün ABŞ əhalisinə vaksin vuracaq qədər peyvənd istehsal edə biləcəklərini deyəcəklər. Amma aşağı gəlirli ölkələr hələ də vaksin növbəsinin ən sonundadırlar.

Birləşmiş Ştatlarda vaksin çatışmazlığı səbəbilə COVID-19 vaksini üçün uzun növbələr yaranıb. Lakin əczaçılıq şirkətlərinin icraçıları çərşənbə axşamı Konqresə vaksin təchizatını əhəmiyyətli sayda artırdıqlarını bildiriblər. "Pfizer"in baş biznes zabiti Con Yanq.

“Biz daha çox insana daha sürətli şəkildə vaksin vurmağa ehtiyacın olduğunu dərk edirik və istehsalı artırmağa çalışırıq,” o deyib.

Yanq deyib ki, şirkət istehsalı və istehsal xəttlərinin sayını artırıb.

“Bunlar nəticəsində martın ortasınadək həftəlik doza istehsalını 4-5 milyondan 13 milyona qədər artırmağı planlaşdırırıq,” o söyləyib.

"Moderna"nın prezidenti Stefen Hoge Konqresə bildirib ki, onun şirkəti də istehsalı xeyli artırıb.

“Biz aylıq istehsalı 2020-ci ilin sonundan bəri iki qat artırmışıq və yenidən iki qat artıraraq 40 milyondan çox dozaya çatdırmağı hədəfləyirik”

İki şirkət iyulun sonunadək ümumilikdə 600 milyon doza vaksin istehsal etməyi planlaşdırır ki, bu da 300 milyon insana iki doza vaksin vurmaq üçün yetərlidir.

Yaxınlarda üçüncü vaksin də hazır ola bilər. "Johnson & Johnson"un hazırladığı bu vaksin tək dozadan ibarətdir və onun digərləri kimi soyuq temperaturlarda saxlanmasına ehtiyac yoxdur.

Vaksin COVID-19-un ağır formasına qarşı 85 faiz təsirlidir. Cons Hopkins Universitetinin vaksin üzrə eksperti Vilyam Mossun dediyinə görə, bu vaksin digərlərindən daha az təsirli olsa da, bu göstərici də yaxşıdır.

“Vaksinin tək dozalı olması və soyuducu temperaturunda saxlanmalı olması bir çox ölkə üçün müsbət bir haldır.”

"Johnson & Johnson"un vaksini ilə bağlı cümə günü dinləmə keçiriləcək ki, bu da onun təsdiq olunması üçün əsas addımdır.

Ancaq bir çox ölkə bu vaksinləri gözləməli olacaqlar. Beynəlxalq Xilasetmə Komitəsinin səhiyyə bölümünün başçısı Mesfin Tessama deyir ki, şirkətlər istehsalı artırsalar da, yüksək gəlirli ölkələr bu il üçün vaksin təchizatının çoxunu özləri üçün alıblar.

“Bu müsbət bir xəbər olsa da, vaksinlər yalnız 2021-ci ilin sonu və ya 2022-ci ildə aşağı gəlirli ölkələrə yetəcək miqdarda istehsal olunacaq.”

"Pfizer" bu il Ümumdünya Səhiyyə Təşkilatının dəstəklədiyi və aşağı gəlirli ölkələr üçün nəzərdə tutulan COVAX təşəbbüsünə 40 milyon, "Johnson & Johnson" isə 100 milyon doza vaksin satıb. "AstraZeneca" da təşəbbüsə əlavə vaksin satacaq. Amma ekspertlər deyir ki, 7.8 milyard insana vaksin çatdırmaq üçün dünya boyu daha çox fabrikdə vaksin istehsal olunmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG