Accessibility links

Pittsburqda körpü uçub


Cümə günü səhər Pittsburqda iki zolaqlı körpünün çökməsi xilasediciləri təqribən 46 metr hündürlükdən aşağı enməyə vadar edib, digərləri isə sallanan avtobusdan bir neçə nəfəri xilas etməyə kömək etmək üçün insan zənciri yaradıblar.

Körpünün sıradan çıxması Prezident Co Baydenin körpülərin təmiri də daxil olmaqla 1 trilyon dollarlıq infrastruktur qanun layihəsini təbliğ etmək üçün şəhərə səfər etməsindən bir neçə saat əvvəl baş verib.

Uçqun nəticəsində kiçik xəsarətlər olub, lakin ölən olmayıb. Rəsmilər heç kimin çökmüş hissələrin altında olmadığından əmin olmaq üçün dronlardan istifadə etdiklərini bildirib.

Polis Frik Parkdakı Fern Hollo dərəsi üzərindəki körpünün səhər saat 7-ə yaxın çökdüyünü bildirib.

Hadisə yerindən çəkilmiş fotoda şəhərətrafı avtobusun uçan körpünün bir hissəsində dik vəziyyətdə olduğu əks olunub.

Şəhər rəsmiləri uçqunun qaz sızmasına səbəb olduğunu, lakin o vaxtdan qazın kəsildiyini deyib.

Pittsburq Yanğınsöndürmə Bürosunun rəisi Darril Cons körpü çökdüyü zaman üzərində üç və ya dörd avtomobilin olduğunu, 10 nəfərin yüngül xəsarət aldığını və üç nəfərin xəstəxanaya çatdırıldığı qeyd edib. Cons bildirib ki, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur.

Rəsmilər sürücülərə ərazidən uzaq durmağı tövsiyə edib.

Ağ Evdən verilən açıqlamada Baydenin Pittsburqa planlaşdırılan səfərinə davam edəcəyi bildirilib.

"Komandamız dağıntının səbəbləri ilə bağlı məlumat toplamaqda davam etdiyi üçün həmin ərazidəki ştat və yerli rəsmilərlə əlaqə saxlayır. Prezident həmin vaxt körpüdə olan sürücülərə yardım etməyə tələsən xilasedicilərə minnətdardır” – deyə, məlumatda deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG