Accessibility links

Zəngin ölkələr zibillərini hara tullayır?


Zəngin ölkələr zibillərini hara tullayır?
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Greenpeace-in araşdırmasına görə, zəngin ölkələr yenidən emal sistemlərinin yükləndiyi Cənub-Şərqi Asiyaya milyonlarla ton plastik tullantı ixrac edir. Bu isə yayılmış çirklənmə problemlərinə səbəb olur. Ətraf mühit təşkilatı iddia edir ki, zəngin ölkələr emal sistemlərini təşkmilləşdirsələr də, plastik ixrac olunaraq, yandırılır, zibilliklərdə basdırılır və ya sadəcə torpaq və okeanları çirkləndirir.

Kuala-Lumpurdan əlli kilometr kənarda palma yağı plantasiyasının mərkəzində plastik tullantı dağları var. Onlardan çoxu zəngin iqtisadiyyata malik Avropa və Şimali Amerikadan minlərlə kilometr məsafəni qət edərək gəlib. Yerli əhali isə bunun nəticələrindən əziyyət çəkir.

"Onlar təkrar emal edilməyən plastik və ya istəmədikləri məhsulu buraya atırlar və sonra bu zavodun arxa hissəsində yandırırlar. Beləliklə, bu zəhərli tüstülər əslində artıq sakinlərimiz arasında bir çox sağlamlıq problemi yaradıb," yerli sakin və ətraf mühit fəalı Pua Lay Penq deyir.

Ötən il Çinin plastik tullantıların idxalını qadağan etməsi qlobal sənayedə xaosa səbəb olub. Greenpeace-in sözlərinə görə, zəngin ölkələr öz plastik tullantı ilə bağlı problemlərini xaricə ixrac edir.

"Onların yaxşı toplama imkanları var, amma əslində, topladıqları tullantıların yarısını digər ölkələrə göndərirlər. Çin qadağan etdikdən əvvəl, onlar təkrar emal üçün Çinə göndərdilər, lakin bu yenidən emalların düzgün bir şəkildə həyata keçirilməsində addım atmırlar. Çində tullantılar qadağan edildikdən sonra onlar tullantıları təkrar emala göndərmək üçün yeni yerlərdən istifadə etməyə çalışırlar," Greenpeace-dən Keyt Lin deyir.

Greenpeace-in hesabatında deyilir ki, bu tullantıların yarısından çoxu, yəni ildə 3 milyon tonu Malayziya, Vyetnam və Tayland da daxil olmaqla, Cənub-Şərqi Asiya ölkələrinə göndərilir.

"Belə böyük miqdarda idxal edilmiş xarici tullantıların idarə olunması üçün kifayət qədər imkanları yoxdur. Buna görə də, yerli ətraf mühitdə az da olsa çirklənmə var, " Keyt Lin deyir.

Buna cavab olaraq, Cənub-Şərqi Asiya ölkələrinin bir çoxu plastik tullantı idxalına məhdudiyyətlər qoyaraq, zibili İndoneziya və Hindistan kimi daha az tənzimlənən bazarlara çıxarılmasını tələb edir.

Ötən həftə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının konfransında 180 ölkədə, öncədən məlumat razılığı sistemi kimi bilinən, plastik tullantıların ixracatçılarını məcburi olaraq əvvəlcədən təyin olunan ölkələrdən icazələrin alınması təklifi müzakirə edilib.

Lakin dəyişikliklər tezliklə baş verə bilməz.

"Biz çox plastik istifadə edərək özümüzü öldürürük. Plastikə çox bağlıyıq, öz zibilinizi idarə edin və ölkəmizə atmayın", yerli sakin və ətraf mühit fəalı
Pua Lay Penq deyir.

Greenpeace həll yolunu təkrar emalın yaxşılaşdırılmasında deyil, dünyada plastik istehsal və istifadəsini qəti şəkildə kəsməkdə görür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG