Accessibility links

Polşa casusluqda şübhəli bilinən 45 rusiyalı diplomatın ölkədən çıxarılmasını tələb edib


Varşava, Polşa

Polşanın Daxili Təhlükəsizlik Agentliyi 45 rusiyalı diplomatın siyahısını hazılayıb. Agentlik bu siyahıda olan diplomatların Rusiya xüsusi xidmətlərinə çalışdığını və ya həmin xidmətlərlə əlaqəli olduğunu düşünür. Bu barədə Polşa hökumətinin vebsəhifəsində qeyd edilir.

Agentliyin rəhbəri bu diplomatların Polşadan çıxarılmasını tələb edir. Onda olan məlumatlara görə, həmin şəxslər casusluqla məşğul idilər.

Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir 45 diplomatın casusluq ittihamı əsasında ölkədən çıxarılması haqda nota aldığını təsdiq edib. O əlavə edib ki, Rusiya Federasiyası və Polşa arasında diplomatik münasibətlər rəsmi olaraq davam etməkdədir.

Daha öncə Onet portalı hökumətdə olan mənbələrə istinadən bildirmişdi ki, Polşa rəhbərliyi “Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına müvafiq olmayan fəaliyyətə görə” təxminən 40 rusiyalı diplomatın ölkədən çıxarılması barəsində qərar qəbul edib. Portal yazırdı ki, Polşanın xüsusi xidmətlərinin fikrinə görə, onlar casusluqla məşğul idilər.

Polşa hökumətinin Rusiya xüsusi xidmətlərinin əməkdaşı hesab etdiyi diplomatlardan biri 17 mart tarixində casusluq ittihamı ilə saxlanılan Polşa vətəndaşının işinin təhqiqatı zamanı diqqəti cəlb edib. Həmin saxlanılma ilə bağlı məlumat bu gün verilib.

Saxlanılan şəxs Varşavada nikah qeydiyyatı arxivində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı idi və şəhərin daha iki arxivinə çıxışa malik idi. O, üç ay müddətinə həbs edilib. Polşa hökuməti şübhəli şəxsin Rusiya xüsusi xidmətlərinə hansı məlumatları ötürdüyü haqda açıqlama verməyib.

Bir müddət əvvəl Latviya, Litva, Estoniya və Bolqarıstan rusiyalı diplomatların çıxarıldığını elan etmişdi. Estoniya Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, üç diplomat “Estoniya təhlükəsizliyinin sarsıdılması və propaqandanın yayılmasında birbaşa və aktiv iştirak edirdilər.”

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG