Accessibility links

“Şimali Koreyanın daimi nüvəsizləşməsinə qədər sanksiyalar qaldırılmayacaq”


ABŞ dövlət katibi Mayk Pompeo və Cənubi Koreyanın xarici işlər naziri Kanq Kyunq-va
ABŞ dövlət katibi Mayk Pompeo və Cənubi Koreyanın xarici işlər naziri Kanq Kyunq-va

Birləşmiş Ştatlar və Cənubi Koreyanın baş diplomatları cümə günü bildiriblər ki, Şimali Koreyanın tam nüvəsizləşdirilməsi üçün möhkəm yoxlama sisteminin mövcudluğu ilə yanaşı, Pxenyan tərəfindən dəqiq addımların atılana qədər sanksiyaların qaldırılmaması tələb olunur.

ABŞ dövlət katibi Mayk Pompeonun Cənubi Koreyanın xarici işlər naziri Kanq Kyunq-va ilə Vaşinqtonda keçirilən görüşü Cənubi Koreya prezidenti Mun Cae-inin Ağ Evə planlaşdırılmış səfərinə bir neçə həftə qalmış keçirilir. Prezidentlərin ABŞ paytaxtında görüşünə Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un ilə zirvə görüşündən öncə çox önəm verilir.

Tramp bir neçə gün öncə Kim ilə Sinqapurda, 12 iyun tarixində görüşəcəyini elan edib.

“Birləşmiş Ştatlar və Koreya Respublikası Koreya yarımadasınım daimi, təsdiqedilən və geridönməz nüvəsizləşdirməsinə nail olmaq əzmindədir.” - deyə Pompeo birgə mətbuat konfransı zamanı bildirib.

“Biz hal-hazırda sanksiyaların qaldırılmasını müzakirə etmirik” - deyən Kanq əlavə edib ki, “biz razılaşırıq ki, Şimali Koreyanın nüvəsizləşdirmə istiqamətində mənalı addımların atılacağı ana qədər sanksiyalar qüvvədə qalacaq.”

ABŞ rəsmiləri Şimali Koreyanı nüvəsizləşdirmə ilə bağlı dəqiq və ciddi addımlar atmağa çağırıb. Əlavə edilir ki, bu baş versə, Vaşinqton “rifaha nail olmaq üçün Pxenyanla çalışmağa” hazırdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG