Accessibility links

ABŞ dövlət katibi ölkələri etnik uyğurları Çinə verməməyə çağırıb


ABŞ dövlət katibi Mayk Pompeo yenidən repressiyalara məruz qalmamaları üçün bütün ölkələri etnik uyğurları Çinə verməkdən imtina etməyə çağırıb.

Sentyabrın 22-də Pompeo bəyan edib ki, Pekinin dediyi kimi ölkənin qərbi Sincan bölgəsində saxladığı müsəlman uyğurların terrorçuluqla heç bir əlaqəsi yoxdur və bu milli azlıqların mədəniyyət və dinlərinin "silinməsi" cəhdidir.

"Mən demək istəyirəm ki, Çinin Sincandakı repressiya kampaniyasının terrorizmlə əlaqəsi yoxdur. Bu, Çinin öz vətəndaşlarını məhv etmək cəhdi ilə əlaqədardır. Biz bütün ölkələri Çinin uyğurların geri qaytarılması tələbinə qarşı çıxmağa çağırırıq" - deyə, Pompeo bildirib.

O, belə bir açıqlamanı BMT Baş Assambleyasının illik toplantısı çərçivəsində beş Orta Asiya ölkəsinin - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri ilə görüşdən sonra verib.

BMT ekspertləri və fəallar bildirir ki, ən azı 1 milyon uyğur və əksəriyyəti müsəlman olan digər azlıq üzvləri Çinin Sincan bölgəsindəki düşərgələrdə saxlanılır.

Pekin isə saxlanma yerlərinin təlim və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş "peşə" mərkəzləri olduğunu israr edir.amco neft şirkətinə məxsus obyektlərin dron və raketlərlə vurulmasından sonra gündəmə gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG