Accessibility links

Pompeo ilk xarici siyasət nitqində İrana qarşı “geniş dəstək” üçün müraciət edəcək


ABŞ dövlət katibi Mayk Pompeo növbəti həftə “diplomatik yol xəritəsini” elan edərək, avropalı tərəfdaşlar və digər müttəfiqlərini İrana qarşı təzyiq siyasətinə qoşulmağa inandıra biləcəyinə ümid edir. Bu barədə cümə günü yüksək vəzifəli ABŞ rəsmisi bildirib.

Fransa, Almaniya və Britaniyanın müqavimətinə baxmayaraq, ABŞ prezidenti Donald Trampın iki həftə öncə Birləşmiş Ştatların 2015-ci ildə İran və altı aparıcı dövlət ilə imzalanmış nüvə sazişindən çıxması qərarı verdi. Trampın administrasiyası hesab edir ki, həmin saziş İranın nüvə ambisiyalarını kifayət qədər cilovlamağa və ölkənin ballistik raket proqramından əl çəkməyə təsir etmək gücündə deyil.

ABŞ siyasi müşaviri Brayn Huk bildirib ki, bazar ertəsi özünün ilk xarici siyasət nitqi zamanı Pampeo, İranın hədələrinə cavab verilməsi üçün geniş dəstək üçün müraciət edəcək. O əlavə edib ki, Vaşinqton İranla bağlı məsələdə diplomatik həll axtarışındadır.

“Bizim səylərimizin məqsədi İranın davranışını dəyişməsi və bizim narahatlığımıza cavab verəcək yeni format uğrunda çalışmağa təsir edəcək lazımı təzyiqlərin ortaya qoyulmasıdır.” – deyə Huk müxbirlərə bildirib.

Britaniya, Fransa və Almaniyanın ABŞ-ın İrana qarşı sanksiyalar koalisiyasına qoşulub-qoşulmayacağı aydın deyil. Həmin ölkələr 2015-ci il nüvə sazişindən sonra İranla qurulan iqtisadi və ticarət əlaqlərini xilas etməyə çalışırlar.

Saziş nəticəsində Qərb ölkələri uzun müddət nüvə silahı inkişaf etdirməkdə şübhəli bilinən İranın səylərini dayandırılmasına nail olunmuş və Tehranı sanksiyaların qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdıracağına razı salmışdı. İran keçmişdə atom silahı inkişaf etdirilməsi ilə bağlı ittihamları rədd edib və nüvə proqamının yalnız sülh məqsədlər üçün həyata keçirdiyini bildirib.

Huk deyib ki, İran Nüvə Sazişi ölkələrə saxta təhlükəsizlik hissi verib və Birləşmiş Ştatlar yeni razılaşma ilə nəinki İranın nüvə və raket imkanlarını, həm də regiondakı qeyri-sabitlik yaratmaq cəhdlərinin qarşını almaq istəyir.

Pompeo Trampın İran sazişindən çıxması ilə bağlı elanından bəri avropalı müttəfiqlərlə danışıqlar aparır. Huk bildirir ki, bu mövzuda müxtəliflikləri aşmaq mümkün olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG