Accessibility links

Rusiyaya tətbiq oluna biləcək sanksiyalar


Qərb ölkələri Rusiya Ukraynanı işğal etdiyi təqdirdə Moskvaya sanksiyalar tətbiq etməklə hədələyib. Liderlər görəcəkləri tədbirlər və ya Rusiyanın hansı addımının sanksiyalara səbəb olacağı barədə dəqiq detallar paylaşmasalar da, yeni sanksiyaların əvvəlkilərlə müqayisədə daha sərt olacağına söz veriblər. Birləşmiş Ştatlar və Avropa ölkələri bunları nəzərdən keçirə bilər:

Texnologiya

Ağ Ev Rusiyaya ixrac nəzarətləri tətbiq etməyi nəzərdən keçirdiyini bildirib ki, bu, ruisyanın smartfonlar, televizorlar, təyyarə avionikası və dəzgah alətləri kimi bir sıra texnologiyalar üçün lazım olan inteqrasiya edilmiş dövlələr əldə etmək imkanını məhdudlaşdıracaq. Bu cür addımla Rusiya ixrac nəzarəti altında Kuba, İran, Şimali Koreya və Suriyanın daxil olduğu ən çox məhdudiyətin tətbiq olunduğu ölkələr sırasına daxil edilə bilər. Birləşmiş Ştatlar Soyuq Müharibə dövründə Rusiyanın texnoloji inkişaflar etmək imkanlarını məhdudlaşdırmaq üçün bəznər texnoloji sanksiyalar tətbiq etmişdi.

Banklar

Rusiyanın 2014-də Krımı ilhaq etməsindən sonra Rusiyanın bəzi kiçik dövlət banklarına onsuz da sanksiyalar tətbiq olunub.Qərb ölkələri ya mümkü sanksiyaları sərtləşdirməyi ya da məhdudiyyətlərlə üzləşən maliyyə institutlarının siyahısını genişləndirməyi, o cümlədən bəzi özəl bankları da siyahıya əlavə etməyi nəzərdən keçirə bilər. Sanksiyalar həmçinin Ruisya şirkətlərinə sərmaye qoyan dövlət tərəfindən dəstəklənən Rusiya Birbaşa İnvestisiya Fonduni hədəf ala bilər.

Təbii qaz

Rusiya ilə Almaniya arasında bu yaxınlarda tamamlanan Şimal Axın 2 təbii qaz boru kəməri də sanksiyalar üçün nəzərdən keçirilib. Qaz xətti hələ də Almaniya tərəfindən yekun təsdiq almayıb və Berlin onun təsdiqini rədd etmək üçün təzyiqlərlə üzləşib. Almaniya Şimal Axın 2-ni təsdiq etməməyi nəzərdən keçirə biləcəyinə işarə edib, lakin Avropanın Rusiyadan enerji asılılığı bu yolu seçməyi çətinləşdirir.

ABŞ və Avropa İttifaqı artıq Rusiyanın enerji sentoruna sanksiyalar tətbiq ediblər. Buna dövlətə məxsus Qazprom qaz şikərtinə sanksiyalar daxildir. Əlavə tədbirlərlə bu sanksiyalar dərinləşə və ya sanksiyaların əhatə etdiyi şirkətlərin sayı artırıla bilər.

SWIFT

ABŞ və Aİ-nin Rusiyaya qarşı görə biləcəyi ən ağır tədbirlərdən biri Moskvanı dünya boyu bankların istifadə etdiyi SWIFT maliyyə sistemindən çıxarmaq ola bilər. Bu addım atılsa, Ruisya bir çox beynəlxalq maliyyə əməliyyatlarını həyata keçirə bilməyəcək ki, buna neft və qaz hasilatından beynəlxalq qazancını götürə bilməməsi daxildir.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdiyində də bu tədbir nəzərdən keçirilsə də, görülməmişdi. Rusiya həmin vaxt SWIFT-dən çıxarılmağın Moskvaya qarşı müharibə elan etməyə bərabər olduğunu bildirmişdi. Ruisya o zamandan bəri özünün SPFS adlanan maliyyə transfer sistemini inkişaf etdirməyə çalışsa da, həmin sistem diqqət cəlb etməkdə çətinlik çəkib.

Almaniyanın Xarici İşlər Naziri Annalena Baerbok Rusiyanı SWIFT-dən çıxarmaqla bağlı şübhələrini ifadə edib və deyib ki, “Ən sərt çubuq həmişə ən ağıllı qılınc olmayacaq.”

Dollar

Rusiyaya qarşı bir digər mümkün maliyyə sanksiyası Rusiyanın ABŞ dollarına çıxışını blok etmək ola bilər. ABŞ-ın bank sisteminə çıxışları olmadan Rusiya şirkətlərinin rutin əməliyyatlar və satınalmalar həyata keçirməsi çətinləşəcək. Birləşmiş Ştatlar, SWIFT-dən fərqli olaraq bu sanksiyanı təkbaşına, başqa ölkələrin icazə olmadan tətbiq edə bilər. ABŞ Prezidenti Co Byaden müxbirlərə Birləşmiş Ştatların bu variantı nəzərədən keçirdiyinə işarə edib.

İstiqrazlar

Birləşmiş Ştatlar onsuz da artıq ABŞ-ın maliyyə institutlarının dövlət qurumlarından Rusiya dövlət istiqrazlarını almalarını qadağan edib. Bayden bu tədbiri Ruisyanın ABŞ seçkisinə müdaxiləsinə dair ittihamlar səbəbilə görüb. Rusiyanın istiqraz bazarına əlavə sanksiyalar onların ikincil bazarda satışını qadağan edə bilər.

Şəxslər

Hökumətlər adətən sanksiyalarla spesifik şəxsləri hədəf alırlar, onlara səyahət məhdudittələri tətbiq edir, onların xaricdə aktiv saxlamalarını qadağan edirlər. The Associated Press Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına istinadən xəbər verir ki, 735 rusiyalı şəxs hələ də Rusiyanın Krımı ilhaq etməsi səbəbilə ABŞ-ın sanksiyaları altındadır. ABŞ və Britaniya hökumətləri Rusiya Ukraynanı yenidən işğal etdiyi təqdirdə Moskva elitasına sanksiya tətbiq etməklə hədələyib. ABŞ-da bəzi qanunvericilər Baydenin Ruisya Prezidenti Vladimir Putinin sevgilisi olduğu deyilən bədii gimnastika üzrə Olimpiya qızıl medalçısı Alina Kabayevaya sanksiya tətbiq etməyi nəzərdən keçirməsini istəyir.

Putin

Putinin özü də hədəfli sanksiyaların tətbiq olunması nəzərdən keçirilib. ABŞ qanunvericiləri Rusiya Prezidentinə qarşı sanksiyaların tətbiq olunmasını təklif ediblər, Bayden də onları nəzərdən keçirəcəyini bildirib. Moskva deyib ki, Putinə qarşı hər hansı sanksiya ona şəxsən ziyan vurmayacaq, amma “siyasi baxımdan dağıdıcı” olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG