Accessibility links

Prezident Administrasiyasında yeni təyinat


Hikmət Hacıyev

Dövlət başçısı İlham Əliyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinə yeni müdir təyin edib.

Ölkə başçısının bu gün, noyabrın 26-da imzaladığı sərəncama əsasən, Hikmət Hacıyev həmin posta təyin olunub.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinə (əvvəllər Xarici əlaqələr şöbəsi adlanırdı) uzun müddət hazırkı baş nazir Novruz Məmmədov başçılıq etmişdi. Bu il aprelin 21-də prezident İlham Əliyev Novruz Məmmədovu baş nazir postuna təqdim edib, parlament də bunu təsdiqləyib.

Hikmət Hacıyev​ Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə başçılıq edib. Bir müddət əvvəl o, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsində işə götürülmüşdü.

XS
SM
MD
LG