Accessibility links

Prezident Bayden artan silahlı zorakılıqlara qarşı mübarizə planını açıqlayıb


ABŞ Prezidenti Co Bayden bu yay qətllərin təhlükəli şəkildə artmasına diqqət çəkərək silahlı zorakılıqları azaltmağa söz verib.

Çərşənbə günü Ağ Evdə hərtərəfli hökumət proqramını izah edən Bayden bildirib ki, "Ölkəmizdə və icmalarımızda pis və təhlükəli hərətkətlər edənlər hədəfimizdədir. Küçələrimizdə ölüm və qarışıqlıq satışının həyata keçirilmədiyindən əmin olmaq istəyirik".

Bayden bir şəhərdən digərinə silah qaçaqçılığı edənlərə və qanunsuz silah alverçilərinə qarşı "sıfır tolerantlıq" göstəriləcəyini bildirirb.

Administrasiya 350 milyon dollarlıq federal stimul paketinin cinayətlərin artdığı ərazilərdəki polis idarələrinin maliyyələşdirilməsi üçün istifadə olunmasına icazə verəcək.

ABŞ Prezidenti deyib ki, qanundakı boşluqlar doldurulmalıdır, çünki "ölkədə silah almamalı olan bir çox insan silah ala bilir."

Amerikaının Səsinin başqalarına silahla atəş açacaq şəxslərin düşüncəsini dəyişdirmək üçün hökumətin nə edə biləcəyi barədə sualına cavab olaraq prezident bildirib ki, psixi sağlamlıq proqramlarından istifadənin, erkən uşaqlıq təhsilini dəstəkləməyin, həbsdən çıxan şəxslərə aşağı gəlirli insanlar üçün nəzərdə tutulan mənzilləri kirayə götürmək istəklərinin rədd edilməməsinin və keçmiş məhkumların cəmiyyətlə inteqrasiyasını təşkil edərək "onlara şans və ümid verilməsinin" vacibliyini vurğulayıb.

ABŞ polisinin məlumatına əsasən, bu il təkcə Nyu-York şəhərində 194 qətl hadisəsi baş verib. Halbuki keçən ilin eyni dövründə 171 belə hal qeydə alınıb. İkinci böyük şəhər olan Los Ancelesdə bu rəqəm 121-dən 148-ə, ölkənin üçüncü ən böyük şəhəri olan Çikaqoda isə qətllərin sayı 296-dan 307-ə yüksəlib.

Zorakılıqların artmasının dəqiq səbəbləri sual altındadır. Kriminoloqlar pandemiyanı və Corc Floydun ölümü ilə bağlı baş qaldıran etirazları, habelə küçələrdə silahların yayılmasını səbəb kimi göstərsə də, hüquq-mühafizə orqanlarının bir çox rəsmiləri buna cinayət qanunlarının "yumşaldılmasının" səbəb olduğunu və bunun da cinayətkatların həbsdən yayınmasına imkan yaratdığını bildirir.

XS
SM
MD
LG