Accessibility links

Prezident Obama Böyük İyirmiliyin liderlərinə dünyada ticarət və valyuta məsələlərində daha çox iş aparılmalı olduğunu deyib

Birləşmiş Ştatlar prezidneti Barak Obama Böyük İyirmiliyin liderlərinə dünyada ticarət və valyuta məsələlərində balanslaşdırma yolunda daha çox iş aparılmalı olduğunu deyib. Seulda Böyük 20-lərin əsasən iqtisadiyyat məsələlərinin həllinə həsr edilmiş iki günlük sammitində çıxış edən ABŞ prezidenti əsl inkişafların olmasından söz açıb. İyirmilərin liderləri bu gün açıqladıqları kommünikedə valyutaların devaluasiyasından çəkinməyə və bazar qiymətlərinə uyğun puldəyişmə məzənnəsinə keçməyə çağırılır.

Liderlər və yardım təşkilatlarının üzvləri Birləşmiş Ştatlarla Pekin arasındakı valyuta mübahisəsində kompromisə gəlinməsi üzərində də iş aparacaqlarıni bildrimişlər. Müxbirlərlə söhbəti zamanı cənab Obama Çin yuanının hələ də dəyərindən aşağı olmasının Birləşmiş Ştatlar və onun dünyadakı ticarət tərəfdaşlarını narahat etməkdə davam edtiyini deyib.

XS
SM
MD
LG