Accessibility links

Vladimir Putin: Suriya münaqişəsinin həlli ilə bağlı müzakirələr keçirilməsi barədə razılıq əldə edilib


Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya, Rusiya, Türkiyə və Suriya Kazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinin həlli ilə bağlı müzakirələr keçirilməsi barədə razılıq əldə edib.

İlin yekunlarına dair mətbuat konfransında Rusiyanın dövlət başçısı Hələbdən son evakuasiyanı müasir dünyada ən böyük humanitar əməliyyat adlandırıb.

O deyib ki, Rusiya və Türkiyənin fəal müdaxiləsi, habelə prezident Əsədin xoş məramı olmadan bu nailiyyətə nail olmaq qeyri-mümkün idi.

Evakuasiya müasir dünyada ən böyük humanitar əməliyyat olub

​Putin deyib ki, növbəti addım ölkə boyu atəşkəsdir.

Astanada sülh müzakirələri yanvar ayında keçirilməlidir.

Müharibədən sarsılan Hələb Suriya qüvvələri tərəfindən geri alınıb. Ordu bunu 6 illik müharibənin ən böyük zəfəri adlandırıb.

Əsəd hökuməti 2012-ci ildən sonra ilk dəfə Hələb şəhərinin nəzarətini ələ keçirib.

Şəhər 4 ildir ki, prezident Bəşar Əl-Əsədi hakimiyyətdən devirməyə çalışan üsyançıların nəzarətində idi.

Rəqib qüvvələr bir ay sürən və Hələb ərazisinin 90 faizinin hökumət qüvvələri tərəfindən geri alınmasından sonra şəhəri tərk etməyə razılıq verib.

Evakuasiyaya yardım edən Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib ki, Hələbin şərqini 34 mindən çox adam tərk edib.

XS
SM
MD
LG