Accessibility links

Ekspert: Putin Sovet liderlərindən daha zəifdir


Hollandiya rəsmilərinin bildirdiyinə görə, aparılan təhqiqat nəticəsində Ukrayna separatçıları hələ 2014-cü ildə Malayziya təyyarəsinin vurulub salınmasından bir neçə həftə əvvəl Moskvanın dəstəyini əldə edirdi. Bu məlumat Rusiya rəsmilərinin Donbas regionunda Rusiya tərəfdarı rəqib döyüşçülərin sıx əlaqəsinə dair mənzərəyə əlavə rəng qatmış olur.

Lakin Rusiya prezidenti Vladimir Putinin sabiq müşavirləri və ekspertlərin fikrincə, dinlənilən telefon danışıqları Kremlin Donbasda rəqib qruplaşmalar, siyasi opponentlər və Rusiyanın təhlükəsizlik agentliklərinin qarışıq strategiyası və taktikalarına görə vahid komanda yaratmaq yolunda çətinliklərini üzə çıxarır.

Onlar bunun qanunauyğunluğunu önə çəkərək deyir ki, nə Kreml hamar işləyən maşın, nə də ki, Putin Qərbdə bəzilərinin iddia etdiyi kimi çar deyil. Güc və məram nümayiş etdirməyə çalışan Putinin səlahiyyətləri məhduddur. Kreml daxilində isə qərar vermək prosesi olduqca qarışıqdır.

Yüksək səlahiyyətli rəsmilər Putini razı salacaqlarını düşünərək, çox vaxt yarı-muxtar qərarlar verirlər.

Putinin sabiq siyasi məsləhətçisi Qleb Pavloski deyir ki, nəsə düz getməsə, o buna göstəriş vermədiyini deyəcək.

Onun sözlərinə görə, Qərbdə hər şeyin Putinin göstərişi ilə edildiyinə dair təsəvvür yanlışdır.

Putinin 2012-ci ildə üçüncü dəfə prezident yarışlarına qatılması səbəbi ilə onunla çalışmaqdan imtina edən Pavlovski deyib ki, Kremldə improvizasiya və ya bleflərə tez-tez rast gəlmək olar.

“Mənim 20 il əvvəl tərtib etdiyim "şaquli qüdrət" ideyası təbliğat mahiyyəti daşıyır. Bu ideya nə indi, nə də keçmişdə real olub” - deyə, Pavloski əlavə edib.

Onun dediyinə görə, Kremldəki mexanizm olduqca qarışıqdır. Həm aşağı, həm də yuxarıdan məhdud dəstəyə malik olan dəyişkən fraksiyalar biri-biri ilə rəqabətdir.

“Putin qərar verə bilər, lakin o, qərarların yerinə yetiriləcəyinə təminat verə bilmir. Qərar vermək prosesi olduqca qeyri-rəsmidir”, sabiq müşavir bildirib.

Dinlənilən danışıqlardan məlum olub ki, Moskva tərəfdarı separatçılar və Kreml rəsmiləri 298 insanın ölümü ilə nəticələnən Malayziya təyyarəsinin vurulmasından əvvəlki müzakirələri Moskvanın Donbasa nəzarət etmək istəyinə daha bir sübutdur.

separatçıların “öz adamımız” deyə adlandırdıqları rəsmilər arasında Putinin yardımçısı Vladislav Surkov, müdafiə naziri Sergey Şoyqu və Federal Kəşfiyyat Bürosunun direktoru Aleksandr Bortnikov da olub.

Separatçı liderlər öz aralarında rusiyalı məmurlarla gecə görmə qurğuları, hərbi sursat və digər yardımların çatdırılması barədə danışqıları müzakirə etdiyi də ortaya çıxıb.

Pavlovskinin sözlərinə görə, Donbas və Rusiya daxilində qərar verilməsi prosesi tabeçilik sırasından asılıdır. O buna bariz nümunə kimi Moskva Şəhər Dumasına keçirilən seçkilərə etiraz aksiyalarını göstərib. O əvvəlcə buna sakit reaksiya verildiyini, daha sonra isə təhlükəsizlik xidmətinin aksiyaların dağıdılmasına cəlb edildiyini qeyd edib.

“Putin onlara əmr verməmişdi. Moskvalıları Rusiya qvardiyası döyür, həbs edirdi. İlk baxışda bütün bunların baş qərargahda planlaşdırıldığı düşünülür. Amma belə bir şey yoxdur!” Pavlosvski əlavə edib.

XS
SM
MD
LG