Rusiyalı bir blogerin videosu 20 ildir hakimiyyətdə olan Rusiya prezidenti Vladimir Putinə ictimai dəstək və ona verilən səslərlə bağlı debatlara , habelin blogerin məşhurlaşmasına səbəb olub.
Müzakirələr bloger Bəşir Doxovun Youtube-a Rusiya liderinin böyük bir portretini Moskvadakı binaların birinin liftinin divarına yapışdırdığı videonu Youtube-a yerləşdirdikdən sonra başlayıb.
"Mən küncə kamera yerləşdirəcəyəm. Allah eləməsin, kimisə oğurlasın" deyir Doxov Putinin portretini divara vurarkən.
Portreti çıxaran olmasa da, Rusiya liderini görənlərin reaksiyaları xoşagələn olmayıb.
Liftə girən sakinlərin çoxu reaksiyasını söyüşlə verir. "Bu niyə burdadır?" - deyə, sakinlərdən biri soruşur. "Kabus!" deyən digər qadın isə portretin qarşısında baş əyir və rəfiqısi onun şəklini çəkərkən gülməyə başlayır.
"Bu, binamızda baş verə biləcək ən pis şeydir" - deə, başqa bir sakin bildirib.
Videoya 3 gündə 2 milyondan çox baxış olub.
Gözlənilən gülüşlərdən başqa, video Rusiyada uzun zamandır davam edən mübahisəni yenidən gündəmə gətirib: Vladimir Putin nə qədər populyardır?
Sorğuların nəticələrinə görə, Putin 20 illik hakimiyyətində ən çox Rusiya siyasətdə yeganə qüdrətli sima olub ki, bu da onun populyarlıq reytinqinı hər bir Qərb siyasətçisinin həsəd aparacağı dərəcədə yüksəldib.
Dövlət seçki dairələri Rusiya liderinə dəstəyin təxminən 73 faiz olduğunu, Levada Mərkəzi kimi müstəqil Rusiya seçiciləri bunun bir az aşağı - 68 faiz olduğunu deyir.
Putinin populyarlığı 2014-cü ildə, Rusiyanın Krımı qonşu Ukraynadan ilhaq etdiyi zaman artaraq, 86 faizə yüksəlmişdi.
Lakin vaxt keçdikcə saylar dəyişir.