Accessibility links

Putin Rusiyanın Suriyada donanma təsisindən istifadəsini genişləndirəcək qanun imzalayıb


Rusiya prezidenti Vladimir Putin Rusiyanın Suriyanın Tartus limanındakı əməiyyatlarını genişləndirməsinə yol açacaq razılığı təsdiqləyən qanun imzalayıb.

Sənəd Putin onu cümə günü imzalayandan sonra Rusiyanın qanunvericilik vebsaytında dərc olunub.

Bu, Putinin dediyi kimi, Rusiyanın Tartus təsisində və Hmeimin hava bazasındakı “daimi” mövcudluğu gücləndirməyə yardım edəcək. Bu iki təsisdən Rusiyanın yeddi ildir davam edən müharibədə Suriya hökümətini dəstəkləmək üçün istifadə olunub.

Rusiyanın müharibə gəmisi
Rusiyanın müharibə gəmisi

2017-ci ilin yanvarında imzalanan razılıq Rusiyanın dəniz donanmasına Tartusda texniki dəstəyi artırmasına imkan yaradır.

Razılığa əsasən, Rusiya növbəti 49 il ərzində tartusda 11 müharibə gəmisi, nüvə enerjisi ilə işləyən gəmilər saxlamağa icazəsi var.

Bundan əlavə razılıq Rusiya gəmilərinin Suriya sularına və limanlarına daxil olmağa və Tartus təsisindən pulsuz istifadə etməyə icazə verir.

Rusiyanın ciddi dəstəyi

Rusiya müharibə boyu prezident Bəşər Əsəd hökümətinə ciddi dəstək verib. Müharibə 2011-ci ildə demokratiya tərəfdarı etirazçılara qarşı təqibə başlayandan sonra başlayıb. Nəticədə yüz minlərlə insan ölüb, milyonlarla insan isə evlərindən didərgin düşüb.

Moskva Əsədə mümkün məğlubiyyətdən yayınmağa yardım etmək üçün 2015-ci ilin sentyabrında hava hücumları kampaniyasına başlayıb. Bir çox halda onlar Hmeimimdən baza kimi istifadə edib. Rusiya həmçinin Aralıq dənizindəki müharibə gəmilərindən də hücumlar həyata keçirib.

Dekabrın 11-də hava bazasında ziyarət edən Putin “dünyanın döyüş qalibiyyətlərinə ən çox malik beynəlxalq terror qrupu, yəni İŞİD üzərində qələbə çalındığını elan edib və Rusiya qoşunlarının qismən ölkədən çıxarılacağını açıqlayıb.

Qərb rəsmiləri deyir ki, Rusiyanın kampaniyası, xüsusilə də, erkən mərhələlərində İŞİD militantlarının əvəzinə Əsədin devrilməsini istəyən üsyançıları hədəf alıb.

Cümə axşamı Putin deyib ki, Suriyadakı əməliyyatda 48 min Rusiya ordu personalı iştirak edib və Hmeimin və Tartus təsisləri “daimi olaraq” fəaliyyət göstərməyə davam edəcək.

İŞİD geri çəkildiyi və diplomatlar siyasi həll tapmaq səylərini artırdığı bir vaxt, siyasi təhlilçilər deyir ki, Rusiya Suriyadakı mövqeyini mümkün qədər gücləndirməyə çalışır.

XS
SM
MD
LG