Accessibility links

Putinlə Kim arasında sammit başa çatıb


Şimali Koreya lideri Kim Conq Un Rusiya prezidenti Vladimir Putin ilə ilk zirvə görüşü üçün Rusiyanın uzaq şərqinə qısa lakin, uğurlu səfərini tamamlamadan əvvəl cümə günü müharibədə ölənlərə həsr olunmuş mərasimdə iştirak edib.

Kim gözləniləndən iki saat sonra təşkil edilən çələng qoyma mərasimi üçün Vladivostokda Rusiya Sakit Okean Dəniz Donanmasının qərargahı yaxınlığındakı parka gəlib.

Kim üzərində qırmızı lentdə qızıl rənglərlə Koreya dilində adının yazıldığı qırmızı çiçəklərdən ibarət çələngi daşıyan rus əsgərlərini izləyib. Kim Rusiya hərbi qrupu Şimali Koreyanın milli marşı da daxil olmaqla bir neçə musiqi ifa etdikdən sonra çiçəkləri qoyub.

Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə, Kimin nümayəndə heyəti onun səfərinin qısaldılmasını istəməsindən sonra o, cümə günü günortadan sonra planlaşdırılandan təxminən dörd saat əvvəl şəxsi qatarı ilə Pxenyana yola düşüb.

Əsas dəmir yolu stansiyasına getməzdən öncə Kim yerli qubernatorlar və iş adamları ilə nahar edib, lakin akvarium və baletə getməyib. Hər iki yer təhlükəsizlik yoxlanışları üçün bağlanıb.

Cümə axşamı danışıqlardan sonra Putin Kim ilə Vaşinqton arasındakı nüvəsizləşdirmə müzakirələrinin bərpasında daha böyük rol oynamağa hazır ola biləcəyini bildirib. Putin ABŞ rəsmiləri ilə Kim ilə zirvə görüşünün detallarını paylaşmaq istədiyini deyib. Kim isə öz növbəsində çoxmillətli müqavilə ilə dəstəklənən təhlükəsizlik zəmanətləri aldığı təqdirdə, nüvə silahlarından imtina etməyə hazır olduğunu söyləyib.

Şimali Koreyanın dövlət Mərkəzi Xəbər Agentliyi cümə günü bildirib ki, Kim ABŞ prezidenti Donald Trump ilə fevral ayında Hanoydakı zirvə görüşündə "birtərəfli yanlış münasibətə" görə Vaşinqtonu tənqid edib. O həmçinin Putinə deyib ki, Koreya yarımadasında vəziyyət "kritik nöqtə"yə gəlib və yenidən gərginliyin yaranıb-yaranmaması "tamamilə ABŞ-ın gələcək münasibətindən asılı olacaq".

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG