Qırılmış budaqlara can verən sənətkar
Adəm Zindani içərişəhərin küçələrindən birində yerləşən emalatxanada yaşayır və elə orda da çalışır. Əvvəllər fotoqraf kimi fəaliyyət göstərsə də, gəlirli sahə olmadığından uzaqlaşıb. Lakin, 5 ilə yaxındır ki, ağac üzərində heykəltəraşlıqla maraqlanmağa başlayıb və bu sahədə ustaya çevrilib. Sənətkar günün müəyyən hissəsini öz emalatxanasında keçirir. Hazırladığı heykəllərin qiyməti işə sərf olunan əməyə görə dəyişir. Alıcıları əsasən turistlərdir, lakin yerli camaatın da onun işlərinə marağı az deyil. İşlərə sərf etdiyi vaxt isə heykəlin ölçüsünə görə dəyişir. Azərbaycanda bu sənət geniş yayılmayıb. Adəm Zindani bunun sənətin çətinliyi ilə əlaqədar olmadığını deyir. Lakin bu sənətin özünəmxsus detalları da çoxdur. Ən vacibi isə düzgün ağac budağı seçməkdir.
Episodes
-
Dekabr 06, 2019
Dünyaya Baxış - 5 dekabr 2019
-
Dekabr 05, 2019
Natiq Məmmədli: Azərbaycanda dörd dəfə parlament böhranı olub
-
Dekabr 05, 2019
Hesabat: ABŞ-da ömür uzunluğu azalır
-
Dekabr 05, 2019
Rusiya və Ukrayna liderləri Parisdə görüş keçirəcək
-
Dekabr 04, 2019
Dünyaya Baxış - 4 dekabr 2019
Şərhlərə bax
Hesabın artıq var? Daxil olun
Qeydiyyatdan keçməmisiniz? Yazılın
Daha çox şərh yüklə