Təxminən 100 il öncə Alyaskanın Nom şəhəri 20 min əhalisi olan məşğul bir yer idi. Şəhər əhalisinin əksəriyyəti qızıl axtaranlar idi. Hazırda isə orada 4 mindən az insan yaşayır, lakin qızıl axtarmaq artıq insanların əsas məşğuliyyəti deyil. Buna baxmayaraq, çox sayda insan bu dəyərli metalı tampaq ümidi ilə Noma üz tutur.
Mən bu hissi necə izah edəcəyimi bilmirəm – ac ola bilərsiniz, daim üşüyə bilərsiniz, həyatınız gözəl olmaya bilər. Bəlkə həyat yoldaşınız sizi tərk edib və ya pis gün keçirisiniz. Amma suda qızıl görən an mahnı oxumağa, rəqs etməyə başlayırsınız və artıq xoşbəxt olursunuz. Dünyanız dəyişir.Yevgeni Çepurko
Alyaskanın Nom şəhərindən bir saat uzaqlıqda tundranın içində üç ədəd hərəkət etməyə lokomotiv yerləşir. Yerlilər onları “heç bir yerə getməyən sonuncu qatar” adlandırır. Qızıl çıxarılan şəhərləri qatarla birləşdirmək planları 1900-cu illərin əvvələrində qızıl qızdırması bitən zaman çökdü. Lakin Nom hələ də bu qiymətli metalın axtarışında olan insanları cəlb edir.
“Mən bu hissi necə izah edəcəyimi bilmirəm – ac ola bilərsiniz, daim üşüyə bilərsiniz, həyatınız gözəl olmaya bilər. Bəlkə həyat yoldaşınız sizi tərk edib və ya pis gün keçirisiniz. Amma suda qızıl görən an mahnı oxumağa, rəqs etməyə başlayırsınız və artıq xoşbəxt olursunuz. Dünyanız dəyişir”, qızıl axtaran Yevgeni Çepurko deyir.
Alyaskada, elə Nomda da, yaşamaq ucuz deyil. Bu səbəbdən də, qızıl axtaranlar qızılı tapana qədər çadırlarda qalır.
Randi Harper babasını 1980-ci illərdə bura gəlməyə nəyin cəlb etdiyini anlamaq üçün Noma üz tutub. O, bir qrup kişi ilə birlikdə sudan qızıl çıxarmaq üçün istifadə etməyi planlaşdırdığı öz-özünə qalxan qazma barjası hazırlayıb. Harper deyir ki, o, bu barja üçün əmanət hesabındakı bütün pulları xərcləyib və ümid edir ki, buna dəyəcək.
“Qızıl qızdırması dövründə hər kəsi bura gətirən ümid idi. Daha yaxşı həyat yaşamaq ümidi, çünki insanlar bilirdi ki, əgər onları doğru istiqamətləndirsələr, onların səyləri nəticə verəcəkdi. Bu sənayedə gözəl nəticələr əldə etmək isə ağır əmək və qətiyyətlilik tələb edir. Bura gəlib, birdən zəngin olmağı gözləmək olmaz”, o deyir.
Harper bilir ki, bu torpaqlarda hələ çox qızıl var. O və dostları kifayət qədər pul qazanandan sonra, kurort açmağı planlaşdırır.
Augi Krutç və onun ailəsi ərazidə bir digər kurort zonasına sahibdir. Onun ailəsi qum, çınqıl və palçıqdan qızıl çıxaran avandanlığı idarə edirdi, lakin qızılın daim dəyişən və qeyri-sabit qiymətləri səbəbilə onlar başqa fürsətlər axtarmağa başladı.
“Bu, qızıl qiyməti artandan sonra baş verdi. Amma biz qızıl axtarışında qazma işləri aparanda metalın qiyməti 28 qramına 260 dollaradək düşdü və artıq kifayət qədər qazanc əldə etmək mümkün deyildi”, Augi söyləyir.
O zaman Augi və anası Betti kurort zonası açmağa qərar verdi. Onların məkanı qısa zamanda təmiz hava və tərk edilmiş qazma avadanlıqları kimi yerli tarixdən zövq alan turistlər arasında populyarlaşmağa başladı. Bəzi ziyarətçilər isə özlərini bir anlıq qızıl axtaranlar kimi hiss etmək üçün bura gəlirlər. Augi onlara litlrlərlə palçığı ələyib arasından qızıl tozları tapmağa yardım edir.
“Burada gördüyünüz sarı maddə qızıldır,” o deyir.
Nomda hər kəs qızıl axtarmır. Helikopter şirkətinin mexaniki Saymon Ridcuey çimərlikləri darayaq təmizləyib, Berinq Dənizinin sahilində tapdığı şüşə, metal və taxta parçalarından heykəllər düzəltməyə üstünlük verir.
“Mənim qızıl sərvətim dənizdəki şüşələrdir”, o söyləyir.
Nomun sərvəti həm artır, həm azalır, amma hələ də qızıl sevən insanları cəlb edir. Lakin Ridcueyin nümunəsi göstərir ki, hər kəs üçün qızıl fərqli məna kəsb edir.