Accessibility links

Qərb ölkələrindən ibarət bir qrup Pekin Olimpiya Oyunlarına diplomatik boykot elan edib


Qərb ölkələrindən ibarət çox da böyük olmayan, lakin nüfuzlu bir qrup insan haqları pozuntuları hallarına istinad edərək, qarşıdan gələn Pekin Qış Olimpiya Oyunlarına diplomatik boykot elan edib.

Boykot edən ölkələr Olimpiya Oyunlarına hər hansı yüksək rütbəli məmurları və ya yüksək vəzifəli şəxsləri rəsmi nümayəndə heyəti kimi oyunlara göndərməkdən imtina edə, lakin idmançılardan ibarət nümayəndə heyətlərini göndərə bilər.

Pekin Olimpiya Oyunlarının diplomatik boykotunda iştirak edən ölkələrə aşağıdakılar daxildir:

Birləşmiş Ştatlar: “ABŞ Oyunların şənliyinə töhfə verməyəcək, lakin ölkə ABŞ komandasının üzvlərini 100% evdən alqışlayacaq və arxasında olacaq“ - deyə, Ağ Evin sözçüsü Cen Psaki bazar ertəsi jurnalistlərə bildirib.

Avstraliya: Kanberra və Pekin arasında münasibətlər son illərdə bir neçə məsələ, xüsusən də Avstraliyanın ilk dəfə 2019-cu ilin sonlarında Çinin mərkəzində aşkarlanan COVID-19 pandemiyasının mənşəyi ilə bağlı müstəqil araşdırmaya təkan verməsi səbəbi ilə pisləşib. Bunun əvəzində Çin Avstraliya mallarına yüksək tariflər qoyub.

Baş nazir Skot Morrison çərşənbə günü problemlərin həlli üçün Çinlə danışıqlarda Avstraliya tərəfdən "heç bir maneə olmadığını" desə də, ölkəsinin "maraqlarını müdafiə etdiyini və mövqedən geri çəkilməyəcəyini" bildirib.

Britaniya: Baş nazir Boris Conson çərşənbə günü parlamentdəki iclasda açıqlama verərək, "idman boykotları məntiqli olmadığını düşündüyünə" görə idmançıların oyunlarda iştirak edəcəklərini deyib.

Kanada: "Çin hökuməti tərəfindən təkrarlanan insan haqları pozuntularından son dərəcə narahatıq" - deyən baş nazir Castin Trudo çərşənbə günü ölkəsinin diplomatik boykot edəcəyini elan edib.

Litva: Təhsil, Elm və İdman naziri Yurqita Syuqldiniene keçən cümə axşamı, Birləşmiş Ştatlar rəsmi olaraq diplomatik boykot elan etməzdən bir neçə gün əvvəl mətbuat konfransında deyib ki, o və ölkənin digər yüksək səviyyəli rəsmiləri Pekin Oyunlarına getməyəcək. Vilnusla Pekin arasında münasibətlər keçən ay Tayvanın Litvanın paytaxtında qeyri-rəsmi səfirliyini açmasından sonra pisləşib.

İnsan haqları qrupları Sincan vilayətində milyonlarla müsəlman uyğurun həbsi və Honq-Konqda demokratiya tərəfdarına qarşı repressiyalar da daxil olmaqla, Çinin insan haqları pozuntularına görə, ölkələri Pekinin Qış Olimpiya Oyunlarını tam boykot etməyə çağırıb.

Pekin bu boykotları "poza vermək" kimi qiymətləndirərək, pisləyib və fevralın 4-dən 20-dək keçiriləcək Oyunları diplomatik boykot etmək qərarına görə Birləşmiş Ştatlara qarşı "əks tədbirlər"lə cavab verəcəyini vəd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG