Accessibility links

Qana şokoladı


Qana şokoladı
please wait
Embed

No media source currently available

0:00 0:02:12 0:00

Qanada hər il 900 min ton kakao istehsal edilir. Qana dünyada Fil Dişi Sahilindən sonra bu möcüzəvi dənləri yetişdirən ikinci ölkədir. Bu yaxınlara qədər Qanada yetişdirilən kakao dənləri başqa ölkələrə ixrac edilirdi. Lakin hazırda yerli fermerlər dənləri ölkədə saxlayır.

Əgər sizdə yaxşı kakao və ya şokolad olubsa, deməli bu, Qanadakı fermerlər tərəfindən yetişdirilən kakaodur. Nikalas Narvorti kimi sahibkarlar deyirlər ki, kakao dənələrini ixrac etmək əvəzinə şokoladı fermerlərin özləri istehsal etməlidir. Kakao yetişdirən Nikolas Narvorti: “Biz kakaonun dəyərini burada artırmalıyıq. Əgər tələb yerlərdə artarsa bu bizə kömək edər. Dənələri satmaqdansa şokoladı burada istehsal etmək daha yaxşıdır.”

Qana dünyada kakao istehsal edən ikinci ölkədir. Lakin bu məhsulu yetişdirən yerli fermerlər üçün özləri hazırladıqları şokoladdan əldə edilən gəlir xammaldan əldə edilən gəlirdən daha çoxdur. "Niche Kakao Sənayesi"ndən Frensis Kanqa: “Bu şirniyyat biznes 2-5 faiz istehsalla çox yavaş balayıb. lakin inanırıq ki, şirniyyat biznesi - şirniyyat sektoru inkişaf edəcək. Biz əlavə dəyərdən dnışırıq, Ona görə də böyüyəcəyik.”

“Niche” (Niş) şokolad sənayesi Qananın ən böyük, hər il 60 tona yaxın yarı-fabrikat ixrac edən şirkətidir. Şirkət öz şokoladını 2017-ci ildən istehsal etməyə başlayıb və hər il 200 ton hazır şokolad məmulatları istehsal edir. Hökumətin yardımı ilə istehsal getdikcə artır. "Qana Kakao Şurası"ndan Vinsent Okuyere Akoma: “Ölkəyə gətirdiyiniz hər şey - texnika və ya ləvazimat, yəni nə gətirsəniz siz onlar üçün vergi ödəmirsiniz. Bundan əlavə, sizin korporativ vergiləri ödəmək üçün 10 il vaxtınız var.”

Lakin bu, yalnız irimiqyaslı avadanlıqlardan istifadə edən şirkətlərə yadım edir. Qanada şokolad istehsal edən kiçik şirkətlərə isə hökumət yardım etmir və belə şirkətlər ölkənin bəzi yerlərində elektriksiz işləməli olur. Bu səbəbdən də fermerlər yetişdirdikləri kakao dənələrini ixrac etməyə məcbur olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG